Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədov 03 mart 2015-ci il tarixdə Aran kəndində səyyar qəbulu keçirilmişdir.
Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədov 03 mart 2015-ci il tarixdə Aran kəndində səyyar qəbulu keçirilmişdir. Görüş yığıncağında rayonun hüquq mühafizə orqanları, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət sahələri rəhbərlərinin, ərazi icra nümayəndələrinin iştirak etdikləri görüşdə əhalinin problemlərinin həlli, sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən, rayonda aparılan geniş quruculuq və abadlıq işlərindən danışılmışdır. Bildirilmişdir ki, belə görüşlər əhalinin qayğı və problemlərinin yerindəcə öyrənilməsinə və operativ həllinə imkan verir.
Görüşdə sakinlərin müraciətləri, arzu və təklifləri dinlənilmişdir. Qaldırılmış məsələlərin həlli üçün aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar verilmişdir
Görüş yığıncağına rayon İcra hakimiyyətinin başçısı Şahin Məmmədov yekun nitqində nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün ayrı-ayrı müəssisə və təşkilatların rəhbərlərinə konkret tapşırıqlar vermişdir.