Şriftin ölçüsü :

Saytın rəngi :

C.Məmmədquluzadə adına Kəhrizli kənd tam orta məktəbində Xocalı faciəsinin 23-cü ildönümünə həsr edilmiş tədbir keçirilmişdir

24 fevral 2015 | 11:00

Azərbaycan Respubilkası Təhsil Nazirinin 19 fevral 2015-ci il tarixli, 147 saylı əmrinə əsasən C.Məmmədquluzadə adına Kəhrizli kənd tam orta məktəbində Xocalı faicəsinin 23-cü ildönümü ilə əlaqədar müvafiq tədbirlər pılanına uyğun silsilə tədbirlər keçirilib.
24 fevral 2015-ci il tarixində məktəbimizdə "Xocalı harayı" mərasim keçirilib mərasimi direktor müavini S.Həsənova açıq elan etdikdən sonra Xocalıların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra uşaqlar şerlər,bayatılar söyləyib, vətənpərvər musiqilər ifa edib, ədəbi-bədii kompazisiyalar nümayiş etdiriblər. Xocalı faciəsinin acı nəticələrindən, erməni vəhşiliyindən söz acılıb. Bu hadisələrin insanlığa qarşı yönəlmiş ən ağır cinayət olduğu deyilib. Şəhid olub ədəbiyyətə qovuşan vətən oğullarının şücaətindən, qəhrəmanlığından danışılıb, məktəbliləri bu canlı tarixi unutmamağa, həmişə qan yaddaşına həkk etməyə çağırılıb.
"Xocalı uşaqların gözü ilə" adlı məktəbdə uşaqların rəsm əsərlərindən ibarət sərgi təşkil edilib.
26 fevral 2015- ci il tarixində birinci dərs Xocalı faciəsinə həsr olunub.

Keçidlər