Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayonunda Qiymət artımına qarşi iclas keçirilmişdir

02 mart 2015 | 11:00

Azərbayca Respublikası Prezidentinin tapşırığı əsasında rayonda süni qiymət artımının qarşısının alınması məqsədi ilə yaradılmış Komissiyanın ilk iclası keçirilmişdir.
   Ağcabədi rayon icra hakimiyyəti başçısı Cənab Şahin Məmmədovun  sədirliyi ilə keçirilən  iclasda Komissiya üzvlərindən  RİHB-nın  müavini, Hüquq mühafizə orqanlarının , Ağcabədi RİHB-nın şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin,Ağcabədi rayon Gənclər və İdman İdarəsinin ,Ağcabədi Gigiyena və Epidemiologiya mərkəzinin rəhbərləri və Kənd Təsərrüfatı  Nazirliyinin Bərdə ərazi kənd təsərrüfatı İdarəsinin, İqtisadiyyat və Sənaye Nazirliyinin Aran regional  bölməsinin , Vergilər Nazirliyinin 8-saylı  Ərazi Vergilər İdarəsinin nümayəndələri   və  Ağcabədi Bələdiyyələr şurasının sədri  olmaqla 12 nəfər iştirak etmişlər .
   İclasda  Azərbayca Respublikası Prezidenti Cənab İlham Əliyevin Respublika ərazisində süni qiymət artımının qarşısının alınması ilə bağlı tapşırıq və tövsiyələri əsasında  bu sahədə görülmüş işlər müzakirə olunmuş və  süni qiymət artımının  qarşısının alınması istiqamətində işlərin davam etdirilməsi  və Komissiya tərəfindən yerlərdə  monitorinqlərin davam  etdirilməsi bildirilmişdir .

Keçidlər