Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi Rayonu Şahmat Məktəbində Xocalı Soyqırımı şəhidlərinin xatirəsinə həsr olunmuş Respublika Şahmat Turniri keçirilmişdir.

27 fevral 2015 | 11:00

27 fevral 2015- ci il tarixdə Ağcabədi Rayonu Şahmat Məktəbində Xocalı Soyqırımı şəhidlərinin xatirəsinə həsr olunmuş Respublika Şahmat Turnirinin keçirilməsinə start verilmişdir. Turnirdə respublikanın 35 rayonundan 5 qrup üzrə 200 şagird şahmatçı iştirak edir.  Turnirdə Azərbaycan  Respublikası Təhsil Nazirliyi  “ Təhsil “ Respublika İdman Mərkəzinin şöbə müdiri Vidadi Quliyev iştirak etmişdir.
Turnir iştirakçıları  ilk öncə vətənin müdafiəsi uğrunda şəhid olmuş vətən oğullarının məzarlarını ziyarət edərək və onların məzarları üzərinə tər qərənfillər düzərək, Tanrıdan onlara rəhmət diləmişlər.
Tədbiri   Rayon Şahmat Məktəbinin direktoru Cavanşir Məmmədov açaraq, bildirmişdir ki, 1992- ci ilin 25 -dən 26- a keçən gecə Xocalı şəhərində erməni qəsbkarları və rus ordusunun 366 – cı motoatıcı  alayı tərəfindən dinc, günahsız  insanlara qarşı irimiqyaslı hərbi təcavüz və ağır cinayət əməlləri  törədilmişdir.
Yekunda natiq bildirdi ki, 23 ildir ki, ədaləti bərpa olunmayan bu faciə Ali Baş Komandanın, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu siyasəti nəticəsində öz müsbət həllini tapacaq, bu faciənin bilavasitə iştirakçıları dünyanın  qınaq obyektinə məruz qalacaqdır.
Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının müavini, İctimai - siyasi və humanitar məsələlər şöbəsinin müdiri Naibə Mustafayeva çıxış edərək bildirdi ki, cinayət cəzasız qalmamalıdır. Ermənistanın hərbi-siyasi təcavüzü dünya ictimaiyyəti tərəfindən ittiham edilməlidir. Beynəlxalq təşkilatlar, dünya dövlətlərinin parlamentləri ermənilərin Azərbaycan torpaqlarında törətdiyi hərbi cinayətə - Xocalı soyqırımına, əsl soyqırım hadisəsi kimi beynəlxalq siyasi-hüquqi qiymət verməlidirlər.
Yekunda Xocalı Soyqırımı  şəhidlərinin xatirəsinə həsr olunmuş Respublika Şahmat Turniri açıq elan olundu. Turnir mart ayının 5- dək davam edəcəkdir. Turnirin 5 qrup üzrə müəyyən edilmiş qalibləri Azərbaycan  Respublikası Təhsil Nazirliyinin diplomu və hədiyyələrlə mükafatlandırılacaqdır.

Keçidlər