Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi şəhər 5 saylı tam orta məktəbdə keçirilən Xocalı soyqırımının iyirmi üçüncü ildönümünə həsr edilmiş tədbirlər barədə M Ə L U M A T

23 fevral 2015 | 11:00

Azərbaycan Respublikası təhsil nazirinin 9 fevral 2015 ci il tarixli 01 nömrəli  “Xocalı soyqırımının iyirmi üçüncü ildönümünün keçirilməsi barədə” əmrinə əsasən Ağcabədi  şəhəri 5 saylı tam orta məktəbdə Xocalı soyqırımının iyirmi üçüncü ildönümü ilə əlaqədar müvafiq tədbirlər planına uyğun olaraq silsilə tədbirlər həyata keçirilib.
23 fevral 2015-ci il tarixdə Xocalı soyqırımı ilə bağlı anım mərasimi keçirilib.
Tədbirdə məktəb rəhbərliyi, müəllim kollektivi, Ağcabədi RTŞ-nin nümayəndələri, valideynlər və məktəbin şagidləri iştirak ediblər.
Mərasim açıq elan edildikdən sonra  vətən uğrunda canlarını qurban vermiş qəhrəman övladların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.
Məktəbin direktoru S. Rəhimova giriş sözü ilə çıxış edərək bəşər tarixinə XX əsrin ən dəhşətli faciələrindən biri kimi daxil olmuş Xocalı soyqırımından  söz açıb  və bu hadisələrin insanlığa qarşı yönəlmiş ən ağır cinayət olduğunu söyləyib,  şəhid olub əbədiyyətə qovuşan vətən övladlarının şücaətindən,qəhrəmanlığından danışıb , məktəbliləri bu tarixi hadisələri  unutmamağa, həmişə qan yaddaşında həkk etməyə çağırıb.
Tədbirdə məktəbin şagirdləri tərəfindən Xocalı soyqırımına həsr edilmiş  şeirlər, bayatılar deyilib,  ədəbi-bədii kompazisiyalar nümayiş etdirilib.
Anım mərasimində valideynlər də çıxış edərək şagirdlərdə vətənə məhəbbət hissinin daha da qüvvətlənməsində, həqiqi vətənpərvərlik məzmununun onlara düzgün dərk etdirilməsində məktəbin böyük rolu olduğunu qeyd ediblər.
Məktəbdə Xocalı faciəsinin iyirmi üçüncü ildönümünə həsr edilmiş inşa yazı , rəsm müsabiqələri və idman yarışları keçirilib, birinci dərslər bu mövzuya həsr edilib.
Məktəb kitabxanasının müdiri  tərəfindən şagirdlərin əl işlərindən, rəsmlərdən ibarət “Xocalı harayı” adlı güşə hazırlanıb.
Eyni zamanda, məktəbin şagird və müəllim kollektivi Xocalı şəhidlərinin xatirəsini yad etmək üçün Şəhidlər xiyabanını ziyarət ediblər, şəhidlik zirvəsinə ucalmış qəhrəman vətən oğullarının məzarlarına gül dəstələri qoyublar.

 

         
                     Məktəbin direktoru:                           S. Rəhimova

                           26.02.2015

Keçidlər