Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi Rayon Təhsil Şöbəsinə C.İbrahimov adına şəhər 8 saylı tam orta məktəbdə”Xocalı soyqırımı” ilə bağlı tədbir keçirilmişdir Məlumat

25 fevral 2015 | 11:00

Ağcabədi Rayon Təhsil Şöbəsinin "Xocalı soyqırımı” ilə bağlı tədbirlər planına uyğun olaraq C.İbrahimov adma şəhər 8 saylı tam orta məktəbdə
də tədbirlər planı hazırlanmışdır.
Belə ki, tədbirlər planına uyğun aşağıda adları göstərilən tədbirlər
görülmüşdür.
Şagirdlər Xocalı soyqırımını əks etdirən şəkillər çəkmiş,çəkilən şəkillər foyedə yaradılmış lövhələrə bərkidilərək qarşısına qərənfil və şamlar düzülmüşdür.Xocalı soyqırımı ilə bağlı rəsm və inşa müsabiqəsi keçirilmişdir.Fevralın 25-də əsas tədbir keçirilmişdir.Belə ki,tədbirdən öncə şagirdlərin çəkdikləri rəsmlərə baxış keçirilmişdir.Sonra məktəbin akt zalında tədbir başlamışdır.Tədbir açıq elan olunduqdan sonra məktəbin direktoru Anar Qasımov məruzə xarakterli çıxış etdi.
O,çıxışında soyqırımın mahiyyəti ilə bağlı dərin və əhatəli təhlil apararaq məlumat verdi.Sonra şagirdlərin hazırladıqları ədəbi bədii kompozisiyaya baxış oldu.Kompozisiyanın gedişində soyqırımda işgəncə ilə öldürülən insanların görüntüləri arxa fonda slavtda göstərildi.Tədbirin ikinci hissəsində Heydər Əliyev fondunun hazırladığı filmə baxış oldu. Tədbiri 100 nəfərdən ibarət müəllim və şagird izlədi. Bu tədbirdə Ağcabədi rayon Rəsm Qaleriyasının direktoru Əkbər İsayev iştirak etdi.O, tədbirin gedişində bütün hissələri foto ilə çəkdi və elektron versiyasını məktəbə təqdim etdi.Fevralın 26 -də saat 0745 -də foyedə bütün şagirdlər və müəllimlər öldürülən insanları bir dəqiqəlik sükutla andılar.Məktəbdə 1 saat dərslər ’’Xocalı soqırımma” həsr olundu.

Keçidlər