Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi Rayon İcra Hakimiyyətinə: Xocalı soyqırımının ildönümü ilə əlaqədar Ağcabədi şəhər 6 saylı tam orta məktəbində keçirilmişdir

23 fevral 2015 | 11:00

Məktəbdə bu hadisənin ildönümünün qeyd olunması 05 fevral 2015-ci il tarixdə qəbul edilmiş geniş tədbirlər planı əsasında aparılmışdır.
Məktəbin bütün sinif otaqlarında və binanın bir hissəsində Xocalı soyqırımına aid foto-stentlər asılmış, bu hadisəyə həsr olunmuş xüsusi divar qəzətləri və diqər mətnlər hazirlanmışdır.
Şagirdlərlə onların yaş səviyyəsinə uyğun söhbətlər aparılmış, şeirlər öyrədilmişdir.
23 fevral 2015-ci il tarixdə məktəb kollektivinin rayon mərkəzindəki şəhidlər xiyabanına ziyarəti təşkil olunmuş, 25 fevral 2015-ci il tarixdə məktəbdə geniş tədbir keçirilmiş, tədbirdə məktəbin direktoru Əli Bədəlov , müəllimlərdən Sveta Zeyniyeva , Kamilə İsmayilova , Hüsən Həsənov çıxış etmişlər.
26 fevral 2015-ci il tarixdə ilk dərs məşqələləri Xocalı faciəsinə həsr olunmuşdu . Məktəbin müəllim və yuxarı sinif şagirdləri ümumrayon tədbirində mütəşəkkil iştirak etmişlər.

Keçidlər