Şriftin ölçüsü :

Saytın rəngi :

26 fevral 2015 - ci il tarixdə Ağcabədi rayonu Şəhidlər Xiyabanında və Y.Məmmədov adına Rayon Mədəniyyət evində 26 Fevral – Xocalı faciəsinin 23 -ci ildönümünə həsr olunmuş ümumrayon tədbiri keçirilmişdir.

26 fevral 2015 | 11:00

Tədbir 2 hissədən ibarət olmuşdur. Tədbirin birinci hissəsində  Rayon İcra Hakimiyyətinin, Heydər Əliyev Mərkəzinin, YAP Ağcabədi rayon təşkilatının  Gənclər Birliyinin, Qadınlar Şurasının,Ağcabədi Pedoqoji Kollecinin ümumilikdə  1000  nəfərdən çox  gəncin iştirakı ilə “ Xocalı haraya çağırır bizi ! “ adlı yürüş  keçirilmişdir.

Yürüş Heydər Əliyev Meydanından başlayaraq Şəhidlər Xiyabanını ziyarətlə başa çatmişdır. Yürüş iştirakçıları  yol boyu “ Xocalı haraya çağırır bizi ! “, “ Biz hamımız Xocalıyıq! “, “ Xocalı qanın yerdə qalmayacaq ! “, “ Xocalı Soyqırımını unutma! “ kimi şüarlar səsləndirmişlər. Tədbirin ikinci hissəsi isə rayon Şəhidlər Xiyabanında  və Y.Məmmədov adına Rayon Mədəniyyət evində  davam etdirilmişdir.

Əvvəlcə Şəhidlər Xiyabanında Azərbaycanın Dövlət Himni səsləndirilmiş,daha sonra Ağcabədi rayonunun axundu Mərdan Rzayev şəhidlərin ruhuna dualar oxumuşdur.   Cənab Şahin Məmmədov  çıxışında  bildirmişdir ki, ölkə prezidenti İlham Əliyev cənabları tərəfindən  həyata keçirilən düşünülmüş və  məntiqli siyasət nəticəsində torpaqlarımızı işğaldan azad edəcəyik, xocalılar öz doğma yurd – yuvalarına qayıdacaq və cəzasız qalmış cinayətkarlar layiqli cavablarını alacaqdır. Sonda rayon rəhbəri erməni qatillərinin qurbanı olan bütün şəhidlərə Tanrıdan rəhmət dilədi.

Daha sonra Ağcabədi rayon İcra Hakimiyyətinin Başçısı cənab Şahin Məmmədov, hüquq-mühafizə orqanlarının əməkdaşları, idarə müəssisə rəhbərləri, kənd icra nümayəndələri, ziyalılar və rayon ictimayyəti Qarabağ müharibəsi şəhidlərinin qəbirləri üzərinə tər çiçək dəstələri düzmüşlər.

Tədbir  Y.Məmmədov adına Rayon Mədəniyyət Evində  davam etmişdir.

Tədbiri Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Naibə Mustafayeva açaraq   çıxış etmiş və bildirmişdir ki, 1992- ci ilin 25 -dən 26- a keçən gecə Xocalı şəhərində erməni qəsbkarları və rus ordusunun 366 – cı motoatıcı  alayı tərəfindən dinc, günahsız  insanlara qarşı irimiqyaslı hərbi təcavüz və ağır cinayət əməlləri  törədilmişdir. Bunun nəticəsində  63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla – 613 nəfər Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275 xocalılı əsir, 150 xocalılı itkin düşdü. Azərbaycan tarixinə ən dəhşətli faciə kimi daxil olan Xocalı Soyqırımı   tarixin verdiyi ibrət dərsi kimi daima qan yaddaşdaşımızda qalacaq və gələcək nəsilləri zaman – zaman düşündürəcəkdir.

Daha sonra   Xocalı həqiqətlərini özündə əks etdirən sənədli film  göstərildi.Tədbirin sonunda Rayon Mədəniyyət evi ilə  birlikdə   şagirdlərin  hazırladıqları  ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir.  Sonda səhnəyə Azərbaycan  Respublikasının üçrəngli Dövlət Bayrağı gətirildi.  Tədbirdə 7000 mindən artıq  adam iştirak etmişdir.

Keçidlər