Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə “Xocalını unutma, unutdurma” adlı rəsm sərgisi keçirilib.

25 fevral 2015 | 11:00

Ağcabədi şəhərindəki Heydər Əliyev Mərkəzinin qarşısında  Xocalı faciəsinin 23-cü ildönümünə həsr olunmuş “Xocalını unutma, unutdurma” adlı rəsm sərgisi keçirilib.
Gənclər üçün Təhsil Mərkəzinin Qarabağ regional ofisinin təşəbbüsü ilə  Ağcabədi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası rayon təşkilatı, Təhsil şöbəsinin əməkdaşlığı ilə keçirilən “Xocalıyam”  həftəsi aksiyası çərçivəsində təşkil olunan sərgidə rayon məktəblilərinin faciəyə həsr etdikləri əl işləri sərgilənib.
Sərginin açılışında çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının müavini Naibə Mustafayeva 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələrinin keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərində törətdikləri faciədən bəhs edib. Bildirib ki, sərgi Xocalının işğalı zamanı törədilmiş soyqırımı faktlarının rəsm nümunələri ilə ifadə edilməsi, Xocalı şəhidlərinin xatirəsinin yad edilməsi, gənc nəslə vətənpərvərlik hisslərinin aşılanması və təbliği məqsədi daşıyır.
Sonra məktəblilərin Xocalı faciəsinə həsr etdikləri rəsmlərlə baxış keçirilib.

Keçidlər