Ağcabədi Pedaqoji Kollecində “Xocalı Soyqırımı ilə bağlı tədbir keçirilib.
Ağcabədidə fevralın 20-dən başlayan “Xocalı həftəsi” aksiyası çərçivəsində növbəti tədbir Ağcabədi Pedaqoji Kollecində Ağcabədi rayon İcra Hakimiyyəti Heydər Əliyev siyasi irsinin öyrənilməsi kursu tərəfindən təşkil edilmişdir. Tədbirdə Xocalı faciəsinin canlı şahidləri,Heydər Əliyev siyasi irsinin öyrənilməsi kursunun idarə heyətinin üzvləri,kollecin müəllim və tələbə kollektivi iştirak etmişlər.Tədbiri giriş sözü ilə açan kollecin direktoru Mirələm İbrahimli Xocalı soyqırımı haqqında geniş məlumat verdi.Xocalı şəhidləri başda olmaqla, torpaqlarımız uğrunda şəhid olan bütün həmvətənlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edildi.
Daha sonra faciə haqqında çıxış edən digər natiqlər də çıxış edərək gəncləri “Qan yaddaşımızı” unutmamağa çağırıb.
Tədbirdə Kollecin tələbələrinin ifasında “Xocalı faciəsi” adlı kompozisiya təqdim edilib.