Ağcabədidə “Xocalı həftəsi”nə start verildi.
Ağcabədi rayon İcra Hakimiyyəti,Yap Ağcabədi rayon təşkilatı Qadınlar Şurası, GTM Qarabağ ofisi və rayon Təhsil şöbəsinin əməkdaşlığı ilə ənənəvi olaraq “Xocalı həftəsi” adlı aksiyaya start verilib. Aksiya çərçivəsində Xocalı soyqırımının 23 illiyinə həsr olunmuş silsilə tədbirlər keçirilir.
İlk tədbir Ağcabədi rayon Şərəfxanlı kənd tam orta məktəbində keçirilib.Fevral ayının 20-dən start verilən aksiyaya yüzlərlə gənc qoşulub. Aksiya çərçivəsində yetişməkdə olan gənc nəslə, o cümlədən rayonun orta ümumtəhsil məktəblərində Xocalı soyqırımı haqqında dolğun məlumatlar verilir, sənədli filimlər nümayiş etdirilir və Xocalı soyqırımını tanıtım məqsədilə təbliğat xarakterli zəruri materiallar paylanır. Tədbirdə çıxış edənlər gəncləri erməni vəhşiliklərinə qarşı mübarizədə bir olmağa və dövlət müstəqilliyinin qorunmasına xidmət etməyə çağırıblar.Sonra şagirdləırin ifalarında ədəbi-bədii kompazisiyalar nümayiş etdirilib.Tədbirin yekununda kənd ərazisində yerləşən Xocalı şəhidlərinin məzarlığı ziyarət edilib.