Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayonunda 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2015-ci ildə qarşıda duran vəzifələrlə əlaqədar Rayon İcra Hakimiyyətinin Başçısı cənab Şahin Məmmədovun hesabat yığıncağı keçirilmişdir.

19 fevral 2015 | 11:00

19 fevral 2015 - ci il tarixdə saat 10:30 -da Ağcabədi rayonu Y.Məmmədov adına Mədəniyyət Evində 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2015-ci ildə qarşıda duran vəzifələrlə əlaqədar Rayon İcra Hakimiyyətinin Başçısı cənab Şahin Məmmədovun hesabat yığıncağı keçirilmişdir.

Hesabat yığıncağında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin məsul işçisi Əflatun Rufiyev, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Aqil Abbas iştirak etmişdir.

Yığıncaqda rayonun idarə, müəssisə, hüquq – mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatı ərazi ilk təşkilatının sədrləri, RİHB –nın şəhər,qəsəbə və kənd inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri,məktəb direktorları,uşaq bağçalarının müdirləri, sahibkarlar, fermerlər, veteranlar, gənclər və qeyri – hökümət təşkilatının nümayəndələri iştirak etmişdir.

Ağcabədidə 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş yığıncaqda iqtisadiyyatın əsas sahələri üzrə uğurlu nəticələr qazanıldığı, tikinti-quruculuq və abadlıq işlərinin davam etdirildiyi diqqətə çatdırılıb.

Bildirilib ki, hesabat dövründə 19.806,4 min manatlıq sənaye, 114.183,2 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilib, əsas kapitala 122.604 min manat investisiya yönəldilib. 2013-cü illə müqayisədə sənaye məhsulları istehsalı 40,6 faiz, kənd təsərrüfatı istehsalı 18,8 faiz, əsas kapitala yönəldilən investisiyalar 0,4 faiz artıb.

2014-cü ildə Ağcabədi şəhərində geniş abadlıq işləri aparılıb. Prospekt və küçələrə 49 min 820 kvadratmetr asfalt örtüyü salınıb, 21 min 377 kvadratmetr tamet döşənib, 188 ədəd yeni işıq dirəyi quraşdırılıb. Yeni Qaradolaq kənd tam orta məktəbi üçün 360 şagird yerlik, Köyük kənd tam orta məktəbi üçün 220 şagird yerlik, Taynaq kənd tam orta məktəbi üçün 180 şagird yerlik yeni məktəb binaları tikilib, Kürdlər kənd tam orta məktəbinin binası əsaslı təmir edilib. Rayonun 17 yaşayış məntəqəsini birləşdirən Hüsülü-Minəxorlu-Şərəfxanlı-Mirzəhaqverdili kəndlərarası avtomobil yolunun və Fövqəladə Hallar Nazirliyinin Ağcabədi Yanğından Mühafizə Bölməsi üçün inzibati binanın inşası başa çatıb. Rayonun ən böyük yaşayış məntəqələrindən olan Hindarx qəsəbəsi qazlaşdırılıb.

Hazırda Olimpiya İdman Kompleksinin tikintisi davam etdirilir, rayon tarix-diyarşünaslıq muzeyi əsaslı təmir olunur. Müasir çörək zavodunun, 4 saylı körpələr evi-uşaq bağçasının yeni binasının, Rəncbərlər kənd ərazisində 5000 tonluq soyuducu anbarın tikintisində tamamlanma işləri aparılır.

Yığıncaqda elektrik enerjisi, təbii qaz və su ilə təminat, təhsil, mədəniyyət, səhiyyə, sahibkarlıq və aqrar sahələrin inkişafı sahəsində görülən işlər ətraflı təhlil edilib, əhalinin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər görüldüyü diqqətə çatdırılıb.

Çıxışlarda nailiyyətlərlə yanaşı, mövcud problemlərdən də bəhs edilib, onların həlli yolları müzakirə olunub.

Keçidlər