Şriftin ölçüsü :

Saytın rəngi :

Fevralın 10-da Ağcabədi rayonunun İmamqulubəyli kəndinə ilk dəfə olaraq təbii qaz verilib.

10 fevral 2015 | 11:00

AzərTAc xəbər verir ki, bu münasibətlə keçirilən mərasimdə Azərbaycan Respublikası Dövlət Şirkətinin “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, rayon ictimaiyyətinin nümayəndələri və qəsəbə sakinləri iştirak ediblər.

Çıxış edənlər ölkədə və rayonda gedən sosial-iqtisadi inkişafdan, əhalinin sosial rifah halının yaxşılaşdırılması, yaşayış məntəqələrinin qazlaşdırılması istiqamətində görülən işlərdən danışıblar. Bildirilib ki, indiyədək Ağcabədi şəhərinə, rayonun 19 kəndinə, 4 qəsəbəyə təbii qaz verilib.

Məlumat verilib ki, 229 abonenti olan İmamqulubəyli kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 24 min 608 metr müxtəlif diametrli daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir evə qaz sayğacı və fərdi tənzimləyici quraşdırılıb.

Sakinlər qaz çəkilişinə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Təbii qazın verilməsini bildirən rəmzi məşəl alovlandırılıb.

Keçidlər