Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu öndər Heydər Əliyevin Azərbaycanın sosial-iqtisadi inkişafındakı xidmətlərindən bəhs edən açıq dərs keçirilmişdir.

07 fevral 2015 | 11:00

Xalqımızın ümummilli lideri Heydər Əliyevin zəngin irsinin öyrənilməsi məqsədilə Ağcabədi şəhərindəki Heydər Əliyev Mərkəzində təşkil olunan növbəti açıq dərsdə Yuxarı Qiyaməddinli və Qaravəlli kənd tam orta məktəblərin şagirdləri iştirak edib.
Şagirdlər əvvəlcə Ulu Öndərin Ağcabədi şəhərinin mərkəzi meydanındakı abidəsini ziyarət edərək, önünə tər çiçəklər qoyub, Heydər Əliyev Mərkəzində dahi liderin keçdiyi şərəfli həyat yolunu, Azərbaycana rəhbərliyinin hər iki dövrünü, Ağcabədi rayonuna səfərlərini əks etdirən fotoşəkillərlə, böyük şəxsiyyət haqqında yazılmış kitablarla, qəzet, jurnal və rəsmi sənədlərlə tanış olublar.
“Heydər Əliyev və müasir Azərbaycanın sosial-iqtisadi inkişafı” mövzusunda keçirilən dərsdə slaydlardan istifadə etməklə şagirdlərə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycanın inkişafı üçün gördüyü mühüm işlər barədə ətraflı məlumat verilib. Şəhər 4 nömrəli tam orta məktəbin tarix müəllimi Nəzriyyə Mehdiyevanın məruzəsində bildirilib ki, ulu öndər Heydər Əliyevin müdrik siyasəti nəticəsində digər sahələrdə olduğu kimi, iqtisadi sahədə də genişmiqyaslı islahatlar həyata keçirilib, Azərbaycan nüfuzlu beynəlxalq təşkilatlara üzv olub, irimiqyaslı regional layihələrin iştirakçısına çevrilib. Qazanılmış nailiyyətlər sonrakı illərdə ölkə iqtisadiyyatının davamlı və dayanıqlı inkişafı üçün möhkəm zəmin yaradıb. Bu gün Heydər Əliyev siyasi xəttinin Prezident İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi nəticəsində ölkəmizin iqtisadiyyatı, o cümlədən regionların və sahibkarlığın inkişafı davamlı xarakter alıb.
Mayın sonunadək davam edəcək açıq dərslərdə rayonun 62 ümumtəhsil məktəbinin on birinci siniflərinin 1681 nəfər şagirdi, həmçinin Laçın və Xocavənd rayonlarının köçkün məktəblərinin şagirdləri iştirak edəcəkdir.

Keçidlər