Ağcabədi rayonunda “Gigiyena -sağlam gələcəyin təminatı kimi” adlı layihə daxilində seminar keçirilmişdir.
05 fevral 2015- ci il tarixində Ağcabədi rayon İcra Hakimiyyətinin konfrans zalında “Gigiyena -sağlam gələcəyin təminatı kimi” adlı layihə daxilində seminar keçirilmişdir.
Seminar Unisefin Azərbaycandakı nümayəndəliyinin dəstəyi ilə “ Yerli İdarəetməyə Yardım” İctimai Birliyi tərəfindən İcra edilən layihə daxilində təşkil edilmişdir.
Seminarda Ağcabədi RİHB-nın müavini Rövşən Əhmədov, Ağcabədi RİHB-nın müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Naibə Mustafayeva,Unisefin Azərbaycandakı nümayəndəliyinin işçisi Elnur Əlyev, “Yerli İdarəetməyə Yardım” İctimai Birliyi sədri Vüsal Mirzəyev,Təhsil şöbəsinin müdiri Əhmədov Mehdi ,məktəb direktorları,QHT nümayəndələri və digər qonaqlar iştirak etmişlər.
Seminar zamanı layihə barədə təqdimat edilmiş,layihənin məqsədi barədə ətraflı məlumat verilmişdir.Layihənin məqsədi-Ağcabədi,Ağdaş,Beyləqan rayonlarının şəhər məktəblərində təhlükəsiz və dayanıqlı su təchizatı,əl yuma vasitələri təmin etməklə sanitariya imkanlarını təkmilləşdirmək,şagirdlərin sanitar- gigiyena sahəsində ictimai məlumatlılığını artırmaqla uşaqların sağlamlıqla bağlı vəziyyətinin yaxşılaşdırılmasına dəstək verməkdən ibarətdir.
Bu məqsədlə layihə çərçivəsində 2015-ci ilin fevral ayı ərzində ağcabədi rayonunda bir sıra fəaliyyətin həyata keçirilməsi planlaşdırılır.