Ağcabədi rayonunda yeni təyin edilmiş bələdiyyə sədrləri ilə görüş keçirilmişdir.
05 fevral 2015-ci il tarixində Ağcabədi rayon İcra hakimiyyətində yeni seçilmiş yerli bələdiyyə sədrləri ilə görüş keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədov yeni seçilmiş bələdiyyə sədrlərini təbrik edərək,öz tövsiyyələrini vermişdir. Partiyamız tərəfindən namizədliyi irəli sürülən nümayəndələr arasında gənclərin,qadınların sayının artdığını vurğulayaraq,qeyd etmişdir ki,möhtərəm president Cənab ilham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycanda çox böyük fundamental işlər görülür,layihələr həyata keçirilir.Möhtərəm Prezidentimizin sədri olduğu Yeni Azərbaycan Partiyasının gənclər siyasəti isə region ölkələrində bir nümunə olaraq təqdim edilir.
Daha sonra çıxış edən yeni seçilmiş bələdiyyə sədrləri də ölkə və rayon rəhbərliyinə təşəkkürünü bildirərək bu etimadı doğruldacaqlarını və bunu öz işləri və əməlləri ilə sübüt edəcəklərini söyləyiblər.