6 dekabr - Rabitə və İnformasiya Texnologiyaları sahəsi işçilərinin peşə bayramı “ münasibəti ilə Ağcabədi rayonunda tədbir keçirilmişdir
6 dekabr 2012 - ci il tarixdə saat 14:00 –da Ağcabədi Rayon İcra Hakimiyyəti binasının önündə ucaldılmış Ümummilli Liderimiz Heydər Əliyevin abidəsinin qarşısında 6 dekabr - Rabitə və İnformasiya Texnologiyaları işçilərinin peşə bayramı münasibəti ilə tədbir olmuşdur.
Tədbir iştirakçıları rayon İcra Hakimiyyəti binasının önündə ucaldılmış Ümummilli Liderimiz Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzərək, Onun əziz xatirəsini ehtiramla yad etmişlər.
Tədbirdə çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının müavini - Aqrar məsələlər şöbəsinin müdiri Leyla Əsgərova çıxış edərək ilk öncə tədbir iştirakçılarını salamladı. “6 dekabr - Rabitə və İnformasiya Texnologiyaları sahəsi işçilərinin peşə bayramı “ münasibəti ilə rabitə və informasiya texnologiyaları sahəsində çalışan hər kəsi təbrik etdi və onlara bu sahənin müasir tələblərə cavab verən şəkildə inkişaf etdirilməsində, gələcək işlərində uğurlar arzuladı. Rayon İcra Hakimiyyəti Başçısının müavini Leyla Əsgərova bildirdi ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2 dekabr 2006-cı il tarixli Sərəncamı ilə hər il bu tarix rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı kimi qeyd olunur . Dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilmiş bu sahənin daha da inkişaf etdirilməsi ilə əlaqədar olaraq ölkəmizdə məqsədyönlü işlər aparılır, müxtəlif dövlət proqramları, layihələr həyata keçirilir. “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramı (Elektron Azərbaycan)”, “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı” və “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” Ağcabədi rayonunda da uğurla icra edilir. Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının müavini - Aqrar məsələlər şöbəsinin müdiri Leyla Əsgərova bir daha bu gün münasibəti ilə onları təbrik etmiş və rayonda aparılan abadlıq və quruculuq işlərində iştirak etdiklərinə görə Ağcabədi Poçtamtın və Telekommunikasiya Qovşağının işçilərinə minnətdarlığını bildirmiş və gələcəkdə də Ağcabədi rayonun inkişafı üçün görülən işlərdə aparacaqları şərəfli fəaliyyətlərində onlara uğurlar arzulamışdır.
Tədbirdə 110 nəfər iştirak etmişdir .