“02 Fevral – Azərbaycan Gəncləri Günü”nüz mübarək.
03 fevral 2015-ci il tarixində 1 saylı tam orta məktəbdə GTM Qarabağ ofisinin əməkdaşlığı ilə "02 Fevral – Azərbaycan Gəncləri Günü” münasibəti ilə ilk dəfə olaraq 1 saylı tam orta məktəbin “Mələklər” və “Təbəssüm” adlı qızlardan ibarət komandaları arasında “Qadınlar nə istəyir ?” adlı yarış keçirildi.Yarışın məqsədi gənc xanımların malik olduğu bacarıqlar vasitəsilə Azərbaycan adət-ənənələrinin,milli mətbəximizin təbliğ edilməsi idi. Tədbiri giriş sözü ilə açan 1 saylı tam orta məktəbin direktoru Səadət Kazımova Gənclər gününün mahiyyəti barədə iştirakçılara məlumat verərək yarışın məqsədlərini açıqladı.Sonra GTM Qarabağ ofisinin rəhbəri Radə Telmanqızı çıxış edərək belə təşəbbüslərin məhz gənc xanımlar tərəfindən edilməsini alqışladı və Azərbaycan qadınının bütün qadınlara bir nümunə olduğunu vurğuladı.Sonra xanımlar Azərbaycan rəqsləri ,ailə-məişət mövzularında səhnəciklər,əsl milli süfrəmizin bəzədilməsi üzrə yarışdılar. Tədbirin sonunda gənc xanımlara bədii estetika,süfrə etika standartları haqqında ekspertlər tərəfindən praktiki biliklər verildi.