Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayonunda Gənclər Günü qeyd olunmuşdur.

02 fevral 2015 | 11:00

02 fevral  2015 - cü  il tarixdə saat 10:00 –da Ağcabədi  " 02 Fevral – Azərbaycan Gəncləri Günü” münasibəti ilə ümumrayon tədbiri keçirilmişdir.

Tədbir İştirakçıları əvvəlcə Rayon İcra Hakimiyyəti binası qarşısında Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər çiçək dəstələri qoyaraq, Onun əziz xatirəsini yad etmişdilər.

Daha sonra tədbir Y.Məmmədov adına rayon Mədəniyyət Evində  davam etdirilmişdir.

Tədbir  açıq elan edilməmişdən öncə tədbir iştirakçıları məhz bu günün qeyd olunmasının banisi olan Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad etmişdilər.

Sonra tədbir açıq elan edilərək, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir.

Tədbirdə Rayon Gənclər və İdman İdarəsinin rəis müavini  Eldəniz Qəmbərov məruzə ilə çıxış etmişdir.Daha sonra  məruzə ətrafında  YAP rayon təşkilatı Gənclər Birliyinin sədr əvəzi Nicat Axundov, Heydər Əliyev Mərkəzinin Leyla Səfərova, hərbi xidmətdə fərqləndiyinə görə hərbi hissə komandiri tərəfindən təşəkkürnamə almış Cavid Tağıyev çıxış etmiş və hər bir gəncin vətimizin ərazi bütövlüyü uğrunda həmiş canından keçməyə hazır olduğunu bildirmişdir. Tədbirdə çıxış edən gənclər bu günün önəmindən, ölkəmizdə gənclərə olan diqqət və qayğıdan söz açmışlar. Bildirmişlər ki, məhz Ulu Öndər Heydər Əliyevin və onun siyasi xəttinin uğurlu davamçısı möhtərəm cənab Prezidentimiz İlham Əliyevin gənclərə verdiyi diqqətin, onların fəal bir vətəndaş kimi yetişməsinə yönəldilən qayğının önəmindən danışmışlar.

Tədbirdə Ağcabədi Rayon İcra Hakimiyyətinin  Başçısı  Şahin Məmmədov çıxış edərək, 2 Fevral - Gənclər Günü münasibəti ilə bütün gəncləri təbrik etdi və onlara Azərbaycan dövlətçiliyinin inkişafı, qorunması üçün hər zaman vətənə layiqli vətəndaş olmağı arzulamışdır. Rayon rəhbəri  bildirdi ki, bu gün 2 fevral ümumrespublika Gənclər günüdür. Azərbaycanda Ulu Öndər Heydər Əliyev tərəfindən 01 fevral 1997- ci ildə təsdiq olunmuş Fərman ilə əsası qoyulan bu gün ölkəmizin hər yerində Azərbaycan gəncləri öz bayramlarını böyük uğurlarla qeyd edirlər. Ölkəmizdə gənclər siyasətinin əsasını ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti mövcuddur ki, indi həmin siyasət daha qətiyyətlə həyata keçirilir. Hər zaman Ulu öndər gənclərin imkan və bacarıqlarını yüksək qiymətləndirir, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verirdi, bu siyasəti müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirirdi. Bu gün həmin diqqət və qayğı Heydər Əliyev ideyalarının layiqli davmçısı cənab Prezidentimiz İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Bunun bariz nümunələrindən biri 2011- ci ildə “Azərbaycan Gəncliyi 2011-2015 – ci illərdə “ Dövlət Proqramının təsdiq olunması və həyata keçirilməsi barədə görülən işlərdir. Rayon rəhbəri  bir daha gəncləri təbrik etmiş, onlara ictimai –siyasi fəaliyyətlərində uğurlar arzulamışdır.

"02 Fevral – Azərbaycan Gəncləri Günü” münasibəti ilə beynəlxalq və respublika yarışlarında qalib gəlmiş gənclərə Rayon İcra Hakimiyyəti və  Gənclər və İdman İdarəsinin təsis etdiyi fəxri fərmanlar və hədiyyələr təqdim olunmuşdur.

Tədbirdə 360 nəfər iştirak etmişdir.

Keçidlər