Ağcabədi rayonunda həqiqi hərbi xidmətini başa vuraraq ordu sıralarından tərxis olunan gənclərlə görüş keçirilmişdir.
24 yanvar 2015-ci ildə tarixdə saat 11:00 –da Ağcabədi rayonu Heydər Əliyev Mərkəzində Ağcabədi rayon İcra Hakimiyyətinin və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsinin təşkilatçılığı ilə 2015- ci ilin yanvar ayında müddətli həqiqi hərbi xidmətini başa vuraraq ordu sıralarından tərxis olunan gənclərlə görüş keçirilmişdir.
Tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsinin hərbi qulluqçuları və rayon İcra Hakimiyyəti Başçısının müavinləri, rayon aktivləri və şagirdləri iştirak etmişdirlər.Tədbirdə həmçinin, 2015- ci ilin yanvar ayında müddətli həqiqi hərbi xidmətə göndəriləcək bir qrup gənc iştirak etmişdir.
Tədbir Heydər Əliyev Mərkəzi ilə tanışlıqla başlamış, sonra çıxışlarla davam etdirilmişdir. Görüşdə ehtiyyata buraxılan hərbi vəzifəlilərin səfərbərlik tapşırığına əsasən üzərlərinə düşən vəzifələr, ehtiyyatda xidmət izah olunmuş, eləcə də onların bundan sonrakı məşğulluğuna dair fikir mübadiləsi aparılmışdır. Sonra ordudan tərxis olunan gənclərə hərbi biletlər və qiymətli hədiyyələr təqdim olunmuşdur.