Şriftin ölçüsü :

Saytın rəngi :

20 Yanvar faciəsinin 25-ci ildönümü münasibəti ilə Ağcabədi şəhəri tam orta məktəblərində anım mərasimləri keçirilmişdir.

19 yanvar 2015 | 11:00

19 yanvar 2015-ci ildə  Ağcabədi şəhəri 1,4,6,7, 8,9,11,12   saylı tam orta məktəblərində və şəhər 3 saylı məktəb liseyində  20 yanvar faciəsinin 25 –ci  ildönümü münasibəti ilə  anım mərasimləri keçirilmişdir.

Tədbirlər başlananda 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş və onların əziz xatirəsi anılmışdır. Anım mərasimlərində çıxış edənlər  Qanlı 20 Yanvar faciəsinin şəhidlərinin Azərbaycan xalqının rəşadət  tarixinin şərəfli səhifələrinə öz adlarını əbədi yazdırdığından  və onların qəhrəmanlığı tədbir iştirakçılarının diqqətinə çatdırmışdırlar və 20 yanvar faciəsində şəhid olanların vətənpərvərliyini yüksək qiymətləndirərək onların Azərbaycanın azadlığı, müstəqilliyi uğrunda həyatlarını qurban verrdiklərini, canlarını fəda etdiklərini, şəhidlik zirvəsinə qədər yüksəldiklərini qeyt etmişdilər.

Tədbirlərin sonunda müəllimin və şagird kollektivinin hazırladıqları 20 yanvar şəhidlərinin xatirəsinə həsr edilmiş ədəbi- bədii kompazisiya ilə nümayiş olunmuşdur.

Keçidlər