Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayonunda “20 yanvar” faciəsinin anım günü keçirilmişdir.

20 yanvar 2015 | 11:00

20 yanvar 2015-сü ildə tarixdə saat 10:30 –da Ağcabədi rayonu Şəhidlər Xiyabanında və Y.Məmmədov adına Rayon Mədəniyyət evində 20 Yanvar faciəsinin 25-ci ildönümü münasibəti  ümumrayon tədbiri keçirilmişdir.

Əvvəlcə Şəhidlər Xiyabanında Ağcabədi rayonunun axundu Mərdan Rzayev şəhidlərin ruhuna dualar oxumuşdur. Sonra Ağcabədi rayon İcra Hakimiyyəti Başçısı Şahin Məmmədov, hüquq-mühafizə orqanlarının əməkdaşları, idarə müəssisə rəhbərləri, kənd icra nümayəndələri, ziyalılar və rayon ictimayyəti “20 Yanvar” abidəsi önünə, 1941-1945-ci illər II dünya müharibəsində həlak olmuş döyüşçülərin xatirə kompleksi önünə və Qarabağ müharibəsi şəhidlərinini qəbirləri üzərinə tər qərənfil dəstələri düzmüş və onların ruhunu yad etmişlər.

Tədbir Y.Məmmədov adına Rayon Mədəniyyət   evində davam etmişdir.

Tədbiri  Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Naibə Mustafayeva açaraq  məruzə ilə çıxış etmiş və bildirmişdir ki, Sovet imperiyası 20 yanvar 1990-cı ildə öz azadlığı, öz dövlətinin sahibi kimi yaşamaq, müstəqil həyat sürmək uğrunda mübarizə aparan xalqımıza qarşı irimiqyaslı hərbi təcavüz və ağır cinayət əməllərini törətmişdir. 25 il əvvəl o qanlı yanvar gecəsi xalqımız babalardan qalma qəhrəmanlıq ənənəsini dünyaya yenidən göstərdi. Yurdumuzun oğul və qızları müstəqilliyimiz, azadlığımız, torpaqlarımızın bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucaldılar. Bu qanlı faciə Sovet imperiyasının cinayətkar rəhbərliyinin xalqımızı müstəqil yaşamaq əzminə görə cəzalandırmaq, onu sarsıtmaq və azadlıq ideyasından əl çəkməyə məcbur etmək üçün həyata keçirdiyi ağır cinayət əməli idi. O müdhiş gücədə baş verən dəhşətli cinayət hər bir Vətən övladının qəlbini göynədir. Həmin gecə bir neçə istiqamətdən sovet qoşunları Azərbaycanın döyünən ürəyi olan Bakıya yeridildi. Qoşunlar yerləşən istiqamətlərdə təsadüfən yoldan keçən piyadalar, avtomobillə gedənlər, evində ailəsinin, uşağının yanında olanlar gülləbaran edildi.

Daha sonra Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Naibə Mustafayeva çıxış edərək həmin faciəli günlərdə həmyerlimiz olan Faiq Əlizadənin şəhid olduğunu bildirərək, onun xatirəsinin daima ağcabədililərin yaddaşlarından silinməyəcəyini nəzərə çatdırmışdır.

Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Naibə Mustafayeva daha sonra çıxışında həmin faciəli günlərdə fədakarlıq göstərmiş Azərbaycan xalqının dahi oğlu Ümummilli Liderimiz, Ulu Öndər Heydər Əliyevin 20 yanvar faciəsinin səhəri günü həyatı üçün hər an yarana biləcək təhlükədən çəkinməyərək Moskvadakı Azərbaycan nümayəndəliyinə gedərək orada mətbuat konfransı keçirməsindən və xalqımızın dərdinə şərik olduğunu bildirməsindən danışmışdır.
Daha sonra  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin  Qarabağ Regional  bölməsinin sədri Əlizadə Nəcəfov, rayon Tarix – Diyarşünaslıq muzeyinin direktoru Nərminə Əkbərova,YAP Ağcabədi rayon təşkilatının baş təlimatçısı, I qrup Qarabağ Müharibəsi əlili Ramil Nağıyev və şəhər 3 saylı məktəb liseyin direktor müavini Vüsalə Muradova çıxış edərək bildirdilər ki, 20 Yanvar  Azərbaycan xalqının tarixində Ümumxalq Hüzn günü olmaqla yanaşı, azadlıq qələbəsinin təntənəsi günü kimi də əbədi həkk olunmuşdur.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən, saat  12:00 –da 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.Tədbirdə 20 Yanvar faciəsinə həsr olunmuş  slayd  göstərilmişdir.

Tədbirdə 8000 nəfər rayon sakini iştirak etmişdir.

Keçidlər