Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi şəhəri 5 saylı tam orta məktəbində “20 Yanvar “ şəhidlərinin xatirəsi anılmışdır.

19 yanvar 2015 | 11:00

19 yanvar 2015 – ci il tarixində YAP Ağcabədi rayon təşkilatının Qadınlar Şurasının və Ağcabədi şəhər 5 saylı tam orta məktəbin təşkilatçılığı ilə 5 saylı tam orta məktəbdə “20 yanvar” Faciəsinin 25 illiyinə həsr edilmiş tədbir keçirilmişdir.

Tədbirdə faciədə qurban gedən və Azərbaycanın istiqlaliyyəti uğrunda Şəhid olan bütün Şəhidlərimiz 1 dəqiqəlik sükutla yad edilmişdir.Tədbiri giriş sözü ilə açan 5 saylı tam orta məktəbin direktoru və YAP Ağcabədi rayon təşkilatının Qadınlar Şurasının üzvü Solmaz Rəhimova Şəhidlərimizin şücaətindən bəhs etmiş, onları daima qəlbimizdə yaşamalarının önəmini vurğulamışdır.Daha sonra məktəblilər hazırladıqları kompozisiyalarla çıxış etmiş, şerlər söyləmişlər.

Keçidlər