Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi şəhəri 2 saylı tam orta məktəbində “20 Yanvar “ şəhidlərinin xatirəsi anılmışdır.

16 yanvar 2015 | 11:00

16 yanvar 2015 – ci il tarixində Ağcabədi rayon İcra Hakimiyyətinin,YAP Ağcabədi rayon təşkilatının Gənclər Birliyinin və Ağcabədi şəhəri 2 saylı tam orta məktəbin təşkilatçılığı ilə 2 saylı tam orta məktəbdə  20 yanvar  faciəsinin 25 illiyinə həsr edilmiş tədbir keçirilmişdir.

Tədbirdə faciədə qurban gedən və Azərbaycanın istiqlaliyyəti uğrunda Şəhid olan bütün Şəhidlərimiz 1 dəqiqəlik sükutla yad edilmişdir.Daha sonra məktəblilər hazırladıqları kompozisiyalarla çıxış etmiş, şerlər söyləmişdirlər.

Şəhər 2 saylı tam orta məktəbin direktoru T.Əliyev və YAP Ağcabədi rayon təşkilatının Gənclər Birliyinin sədri N.Axundov çıxış edərək Şəhidlərimizin şücaətindən bəhs etmiş, onları daima qəlbimizdə yaşamalarının önəmini vurğulamışlar.

Keçidlər