Şriftin ölçüsü :

Saytın rəngi :

31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı münasibətilə Ağcabədi rayonunda olan körpələr evi –uşaq bağçaları üçün bayram proqramı təşkil edilmişdir.

30 dekabr 2014 | 11:00

30 dekabr 2014- cü il tarixdə Gənclər üçün Təhsil Mərkəzi Qarabağ regional ofisinin nəzdində fəaliyyət göstərən İnklüziv Təhsil və Uşaq İnkişaf Mərkəzi Ağcabədi Rayon İcra Hakimiyyəti ilə birgə 31 dekabr- Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı münasibətilə Ağcabədi şəhərində fəaliyyət göstərən 8 körpələr evi - uşaq bağçalarının uşaqları üçün geniş bayram proqramı təşkil etmişdir.
    Tədbiri giriş sözu ilə açan GTM Qarabağ regional ofisinin rəhbəri Radə Telmanqızı “İnklüziv Təhsil və Uşaq İnkişaf Mərkəzi “ adından qonaqları təbrik edərək, qarşıdan gələn 2015-ci ildə onlara daha böyük uğurlar arzulamışdır.Tədbirdə Ağcabədi Rayon İcra başçısının müavini Naibə Mustafayeva,rayon rəsmiləri,YAP Qadınlar Şurasının üzvləri iştirak etmişdir.
    Proqram sonradan uşaqların ifasında maraqlı musiqi ,teatr və rəqs nömrələri ilə davam etmişdir. Tədbirin sonunda uşaqlara hədiyyələr təqdim edilmişdir.

Keçidlər