Ağcabədi rayon Heydər Əliyev Mərkəzində nikah mərasimi keçirilmişdir.
27 dekabr 2014-cü il tarixdə saat 12:00 –da Ağcabədi rayon Heydər Əliyev Mərkəzində Bakı şəhər, M.Rəsulzadə qəsəbəsində yaşayan 1984-cü il il təvəllüdlü Əhmədov Vasif İsmayıl oğlu ilə Ağcabədi rayon S.Vurğun küçəsində yaşayan 1996-cı il təvəllüdlü Abdullayeva Xəyalə Rasim qızının nikah mərasimi keçirilmişdir.
İlk öncə ailə quran gənc cütlük Rayon Heydər Əliyev meydanında Ulu Öndər Heydər Əliyevin əzəmətli abisəinin ziyarət etmiş, önünə tər – çiçək dəstələri qoymuş və Onun əziz xatirəsini yad etmişlər.
Daha sonra gənclərin nikaha daxilolma mərasimi Heydər Əliyev Mərkəzində davam etdirilmişdir. Nikahdan sonra gənc ailəyə Rayon Heydər Əliyev Mərkəzi tərəfindən qiymətli hədiyyə təqdim olunmuş və onlara ömürboyu sürən xoşbəxtlik arzulanmışdır. Yeni ailə quran gənclərə 2015-ci və gələn xoş illərdə möhkəm ailə təməli,sağlamlıq, xoş güzaran arzulayırıq.
Yekunda yeni ailə quran gənclərlə xatirə fotosu çəkilmişdir.
Gənclərin xoşbəxt günü ( AZpress.AZ) -ın Fotomüxbiri:
Mais Amin tərəfindən foto yaddaşa köçrülmüşdü.