Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayonunda Erkən nigah və narkomaniyaya qarşı mübarizə ilə bağlı tədbir keçirilmişdir.

25 dekabr 2014 | 11:00

25 dekabr 2014- cü il tarixdə saat 15:00-da Ağcabədi şəhəri 3 saylı məktəb liseyində  “Erkən nigah və narkomaniyaya qarşı mübarizə” ilə bağlı valideynlər və şagirdlərlə birgə tədbir keçirilmişdir.
    Tədbirdə Ağcabədi rayon İcra Hakimiyyəti Başçısı yanında  Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi   Nicat Axundov , Rayon Polis şöbəsinin rəisi Şamil Seyidli və Təhsil şöbəsinin müdiri Mehdi Əhmədovun iştirak etdiyi tədbirdə valideynlərlə söhbət aparılmış, onlara erkən nikahın fəsadlarından və narkomaniyaya meyilli olan yeniyetmə və gənclərin həyatlarını necə puç etdiklərini söyləmişdirlər.
     Natiqlər bildirmişdirlər ki, cəmiyyətin bu bəlalarına qarşı mübarizə aparmaq üçün birlikdə hərəkət edib, dəstəyimiz ilə  belə insanları bu yoldan çəkindirə bilərik.
     Tədbirdə “Narkomaniyaya yox deyək!” başlığı altında videoslayt nümayiş olunmuş və bu mövzu ilə bağlı tədbir iştirakçılarına kitabçalar paylanmışdır.

Keçidlər