Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayonunda " Şən Startlar " idman yarışı keçirilmişdir.

25 dekabr 2014 | 11:00

25 dekabr 2014 -cü il tarixdə saat 11: 00-da Ağcabədi şəhəri 12 saylı tam orta məktəbində  Rayon İcra Hakimiyyətinin dəstəyı ilə  " Şən Startlar" idman yarışı keçirilmişdir.
    Yarışda şəhərin körpələr evi – uşaq bağçalarının balaca fidanları  müxtəlif estafetlərlə yarışmışdırlar.
   Yarışa Ağcabədi rayon Gənclər və İdman idarəsindən mütəxəssislər  hakimlik  etmişdirlər.Sonda qiymətləndirmənin  nəticəsi olaraq şəhər 4 saylı  körpələr evi – uşaq bağçasının  komandası 1-ci yerə, 6 saylı  körpələr evi – uşaq bağçasının  komandası II yerə və 3 saylı  körpələr evi – uşaq bağçasının  komandası III yerə  layiq görülərək hədiyyələrlə təltif olunmuşdur.
    Hər estafet arası “ Günərzi” Qayğı Mərkəzinin  balaca fidanları  hazırladıqları bayram  şeirləri və rəqsləri ilə idmancıları ruhlandırmışdılar.
    Yekunda 31 dekabr – Dünya Azərbaycanlıların Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə  100 nəfər  uşağa bayram hədiyyəsi verilmişdir.

Keçidlər