Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi şəhəri 4 saylı tam orta məktəb Kəhrizli kəndində Həmidə xanım Məmmədquluzadənin ev muzeyində ekskursiyada olmuşdur.

19 dekabr 2014 | 11:00

19 dekabr 2014-cü il tarixdə  saat 15:00-da  Ağcabədi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ağcabədi şəhəri 4 saylı tam orta məktəbin müəllim və şagirdləri ,YAP Ağcabədi rayon təşkilatı Qadınlar Şurasının üzvü,Tarix- diyarşunaslıq muzeyinin direktoru Nərminə Əkbərova ilə birlikdə rayonunun Kəhrizli kəndində Həmidə xanım Məmmədquluzadənin ev muzeyində ekskursiyada olmuşdur.
     Muzeyi ziyarət edərkən, bələdçi məlumat verərək bildirmişdir ki, Həmidə xanım Cavanşir-Məmmədquluzadə 1873 -cü ildə Şuşa qəzasının Kəhrizli kəndində zəmanəsinin görkəmli maarifçi ziyalısı, tarixçi Əhməd bəyin ocağında dünyaya gəlmişdir. Nəcib bir insanın ailəsində dünyaya göz açan Həmidə xanımın Azərbaycan mədəniyyətinə və ədəbiyyatına həsr olunan böyük ömür yolu da məhz "ot kökü üstə bitər" məsəli ilə tam uzlaşır. Tarix Həmidə xanım Cavanşir-Məmmədquluzadəni böyük xeyriyyəçi və cəfakeş insan kimi yaddaşlara həkk edib. Tək Kəhrizli kəndinin deyil, cümlə Qarabağın ona kömək üçün pənah gətirən insanlarının əlindən tutan, qayğılarını həll edən bu xanım həm də o dövrün yardıma ehtiyacı olan ziyalılarının da problemlərini həll etmişdir. Ciddi xəstəliyi olan Mirzə Ələkbər Sabir məhz Həmidə xanımın məsləhəti ilə Mirzə Cəlil tərəfindən Tiflisə müalicə üçün dəvət alır. Həmidə xanım 1912-ci ildən Kəhrizlidə öz vəsaiti hesabına məktəb açır və burada dərs deyir. Mirzə Cəlilin vəfatından sonra da ölkənin ictimai-ədəbi həyatında fəal mövqe tutan Həmidə xanım Yazıçılar İttifaqına üzv seçilmiş, ömür-gün yoldaşının əsərlərini tərcümə etməklə yanaşı, bu böyük sənətkarla bağlı kövrək xatirələrini böyük ustalıqla qələmə almışdır. 1955-ci ildə vəfat edən Həmidə xanım Cavanşir-Məmmədquluzadə Fəxri Xiyabanda Mirzə Cəlilin məzarı yanında dəfn olunmuşdur.
    Ekskursiya  hər kəs üçün maraqlı və yadda qalan olmuşdur.

Keçidlər