Şriftin ölçüsü :

Saytın rəngi :

Xanım Militsa Markoviç Ağcabədi rayonunda olmuşdur.

18 dekabr 2014 | 11:00

18 dekabr 2014- cü il tarixdə saat 14:00 -da  Avropa Şurası Parlament Assambleyasının Sosial işlər, sağlamlıq və davamlı inkişaf komitəsinin “Azərbaycanın sərhədyanı bölgələrinin sakinlərinin qəsdən sudan məhrum edilməsi ” üzrə məruzəçisi xanım Militsa Markoviç Ağcabədi Rayon İcra Hakimiyyətinin Başçısı cənab Şahin Məmmədovla görüş keçirmişdir.
     Görüşdə Sosial işlər, sağlamlıq və davamlı inkişaf komitəsinin katibi xanım Ayste Ramanauskayte, ekspert xanım Lidiya Vamvakeridu-Lirudiya və Milli Məclis aparatının Beynəlxalq münasibətlər şöbəsinin əməkdaşı Lalə Çələbizadənin iştirakı etmişdir.
     Görüş zamanı rayon rəhbəri qeyd etmişdir ki,1976- cı ildə Azərbaycana məxsus, Tərtərçayın üzərində irriqasiya məqsədi ilə  inşa edilmiş, hündürlüyünə görə ən yüksək su anbarı olan “Sərsəng” su anbarından Ermənistan Respublikası  istifadə olunmasına imkan vermir ki, bu da 100 min hektar sahənin, su anbarının aşağı byefində yaşayan 400 min nəfər əhalini cidd təhlükə qarşısında qoyur.
    Söhbət zamanı rayon rəhbəri bildirmişdir ki, bütün dünyaya  məlumdur ki, 20 ildən artıqdır ki, mənfur ermənilər tərəfindən Azərbaycan torpaqları işğal edilmiş, “ Sərsəng” su anbarının zəbt edilmiş Azərbaycan ərazisinə gələn suyun qarşısı kəsilmişdir.Bunun nəticəsidir ki, Ağcabədi rayonunun 20 kəndinə məxsus olan 19255 ha ərazi susuz qalmışdır. Yerli əhalinin bir hissəsi subartezian quyularından istifadə etsə də, təbii axar su olmadığına görə quyuların məhsuldarlığı aşağı düşmüşdür. “ Sərsəng” su anbarının qarşısının 20 ildən artıq kəsilməsi Ağcabədi rayonunun 20 kəndini təbii suya möhtac qoymuş, rayonun flora və faunasına öz mənfi təsirini göstərmiş və  bu da ekoloji tarazlığın pozulmasına gətirib çıxarmışdır. Bütün bunlarda əhalinin yaşayış səviyyəsi aşağı düşməsinə , onların sağlamlığına, psixoloji durumuna mənfi təsir göstərmişdir.        
    Ağcabədi Rayon İcra Hakimiyyətinin Başçısı cənab Şahin Məmmədov yekunda qeyd etmişdir ki, inanıram ki, tezliklə Assembliya problemin ciddiliyini nəzərə alıb, bunun həlli istiqamətində müsbət addımlar atacaqdırlar.

Keçidlər