Ağcabədi seçiciləri ilə növbəti görüş
Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatı 23 dekabr 2014-cü il tarixdə keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar təbliğat-təşviqat kompaniyası çərçivəsində Ağcabədi rayon "Qarabağ Muğam Mərkəzində " seçicilərlə növbəti görüş keçirmişdir.
Görüşdə YAP Mərkəzi Aparatının səlahiyyətli nümayəndələri Kərim Kərimov və Araz Xudadanov iştirak edirdilər.
Tədbiri giriş sözü ilə YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov açaraq Bələdiyyə seçkiləri ilə əlaqədar təşkilatın gördüyü işlər barədə ümumi məlumat verdi. Yeni Azərbaycan Partiyası idarə heyətinin üzvü Kərim Kərimov çıxış edərək ölkəmizdə həyata keçirilən proseslərdə bələdiyyələrin də böyük rolu olduğunu diqqətə çatdırmış, həmçinin sıralarında ictimaiyyətin bütün təbəqələrini birləşdirən YAP-ın Ümummilli Lider Heydər Əliyevin parlaq ideyalarının daşıyıcısı kimi cəmiyyətdə öz aparıcı rolunu gündən-günə daha da möhkəmləndirdiyini vurğulamışdır. Natiq bu gün ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi siyasətin xalqa xidmət etməsindən və bu siyasətin mahiyyətinin Azərbaycan xalqının milli maraqlarına hesablandığını qeyd etmiş, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində bölgələrdə həyata keçirilən irimiqyaslı layihələrdən danışmış, həmçinin Prezidentin regionlara, o cümlədən Ağcabədi rayonuna səfərləri barədə apardığı tədqiqatların nəticələrini seçicilərin diqqətinə çatdırmışdır. K.Kərimov onu da qeyd etdi ki, Ağcabədi rayonunda gedən tikinti, abadlıq və quruculuq işləri də böyük vüsətlə davam edir. O həmçinin Ağcabədidə əhalinin əvvəlki illərlə müqayisədə həyat şəraitinin yaxşılaşmasının əyani şahidi olduğunu görüş iştirakçılarının diqqətinə çatdırdı.
Görüşün sonunda seçicilər adından Kamilə Zamanlı çıxış edərək partiya tərəfindən bələdiyyə üzvlyünə namizədlikləri irəli sürülmüş gənclərin və qadınların rayonun ictimai-siyasi həyatında fəal iştirak etdiyini, onların əhali araslnda yüksək nüfuza malik olmasından, buna görə də seçkilərdə qalib gəlmək şanslarının böyük olduğunu vurğulayaraq partiyanın onlara olan etimadını doğruldacağına əminliyini ifadə etmiş, onlara uğurlar arzulamışdır.
YAP Ağcabədi rayon təşkilatının aparat rəhbəri: N.Bünyatov