31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibəti ilə bayram tədbiri keçirilmişdir
Yeni ilin – 2024-cü ilin gəlişinə sayılı günlər qalır. Əziz bayramlardan olan 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibəti ilə Ağcabədi Rayon İcra Hakimiyyəti tərəfindən ümumrayon tədbiri keçirilib.
Tədbirdən öncə rayon icra hakimiyyətinin binasında şəhid övladları ilə görüş keçirilib. Görüşdə çıxış edən RİHB-nin müavini İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vüsalə Məmmədova çıxış edərək, əziz balaları hər iki bayram münasibəti ilə təbrik edib, onlara uzun ömür can sağlığı arzulayıb. Şaxta baba və qarqızın iştirakı ilə körpə fidanlara hədiyyələr təqdim edilib.
Sonra Heydər Əliyev meydanında davam etdirilən bayram tədbirində rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov, YAP Ağcabədi rayon təşkilatının sədri, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər və rayon ictimaiyyəti iştirak ediblər.
Bayram şənliyi Ağcabədi Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə hazırlanan konsert proqramı ilə davam edib. Yolka ərtafında keçirilən və təxminən bir saata yaxın davam edən bayram ab-havalı konsert proqramında bir-birindən şən mahnlar, nümayiş olunan rəqs nümunələri azyaşlı tamaşaçıların böyük marağına və alqışlarına səbəb olub.