Ümummilli lider Heydər Əliyevin vəfatının 11-ci il dönümü ilə əlaqədar olaraq Ağcabədi rayon Heydər Əliyev Mərkəzində Anım günü tədbiri keçirilmişdir.
11 dekabr 2014-cü il tarixində Ümummilli lider Heydər Əliyevin vəfatının 11-ci il dönümü ilə əlaqədar Heydər Əliyev Mərkəzi,Heydər Əliyev siyasi irsinin öyrənilməsi və təbliği qrupu və YAP rayon təşkilatı ilə birgə Ağcabədi rayon Heydər Əliyev Mərkəzində Anım günü tədbiri keçirilmişdir.
Tədbiri Mərkəzin direktoru Fəridə Niftəliyeva açaraq qonaqları salamlamış və Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.Sonra F.Niftəliyeva məruzə ilə çıxış etmiş və daha sonra məruzə ətarfında çıxışlar olmuşdur.
Tədbirdə Heydər Əliyev siyasi irsinin öyrənilməsi və təbliği qrupunun üzvü,Ağcabədi rayon Pedoqoji Kollecinin direktor müavini R.Bayramov,şəhər 8 saylı tam orta məktəbin direktoru,YAP Ağcabədi rayon şurasının üzvü A.Qasımov, Heydər Əliyev siyasi irsinin öyrənilməsi və təbliği qrupunun idarə heyətinin üzvü,YAP Ağcabədi rayon təşkilatının baş təlimatçısı Ramil Nağıyev və Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının ictimai siyasi və humanitar məsələlər üzrə müavini N.Mustafayeva çıxış etmişlər. Çıxışlarda natiqlər sağlığında insanların qəlbində heykəlini ucaltmış dahi bir insanın, Azərbaycan xalqının xilaskar oğlu Heydər Əliyev haqqında öz fikir və mülahizələrini bildirmişlər.
Çıxışlardan sonra şəhər 8 saylı tam orta məktəbinin şagirdlərinin ifasında Ulu öndərə həsr olunmuş şeirlər söylənmişdir.
Sonda Heydər Əliyevə həsr olunmuş film nümayiş etdirilmişdir.