Ağcabədi Rayon Mərkəzi xəstəxanasında Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilmişdir .
10 dekabr 2014-cü il tarixdə Rayon İcra Hakimiyyətinin rəhbərliyi ilə ,Rayon Mərkəzi xəstəxanasında , Heydər Əliyev siyasi irsinin öyrənilməsi və təbliği qurupunun, YAP-sı Ağcabədi rayon təşkilatının üzvülərinin iştirakı ilə Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan Ağcabədi Rayon Mərkəzi xəstəxanasının baş həkimi Novruz Abbasov Ulu öndərimiz Heydər Əliyevin əziz xatirəsini 1 dəqiqəlik sukutla yad etdikdən sonra Azərbaycan həkimlərinə, eləcə də müxtəlif sahələrə göstərilən xüsusi diqqət və qayğıdan danlşaraq, xoş fikirlərini , təəsüratlarını tədbir iştirakçılarının diqqətinə çatdırmışdı.
Tədbidə Ağcabədi Rayon Mərkəzi xəstəxanasının həkimi Namiq Cavadov məruza ilə çıxış edərək Ulu öndərimiz Heydər Əliyevin keçdiyi həyat yolundan , Heydər Əliyev siyasi kursunun uğurlu nəticələrindən geniş bəhs etmişdi.
YAP-nın sədr müavinləri Teymur Rəhimov, Eıdəniz Qəmbərov məruza ətrafında çıxışlar edərək Heydər Əliyev siyasi kursunun müdrikliyi nəticəsində Azərbaycanda gedən davamlı inkişafdan bağlanmış neft müqavilələrindən , ”Cənub qaz dəhlizi” -nin təməlinin qoyulmasından ,Azərbaycanımızın strateji valyuta ehtiyatlarının günü-günden artmasından ,müstəqilimizin möhkəmləndirilməsi yolunda görülən işlərdən danışmışdılar.
Tədbirin sonunda RİHB-nın ictimai-siyasi və humanitar məsələlər üzrə müavini Naibə Mustafayeva çıxış edərək bildirmişdir ki, “Həyatın mənası çox və ya az yaşamaqdan ibarət deyil. Onun əsas mənası bu həyatda öz yerini tutmaq, mövqeyini müəyyən etmək, ləyaqət göstərmək və başqaları üçün nümunə olmaqdır”, - fikrini xatırladaraq demişdir: Bütün bunlara görə hələ öz sağlığında xalqın Ümummilli Lideri səviyyəsinə yüksələn möhtərəm Heydər Əliyev heç vaxt unudulmayacaq, daim Azərbaycan xalqının qəlbində yaşayacaqdır.