Ağcabədi Pedaqoji Kollecində Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilmişdir .
9 Dekabr 2014-cü il tarixdə Rayon İcra Hakimiyyyətinin rəhbərliyi,”Heydər Əliyev” siyasi irsinin öyrənilməsi və təbliği qrupu , YAP- sı Ağcabədi rayon təşkilatının təşkilatçılığı ilə birgə Ağcabədi Pedaqoji Kollecində Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilmişdir .
Tədbirdə Ulu Öndər Heydər Əliyevin əziz xatırəsi 1 dəqiqəlik sükutla yad olundu . Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Mirələm İbrahimli “Heydər Əliyev müasir Azərbaycanın qurucusudur”mövzusunda geniş nitq söylədi.
Mirələm İbrahimli məruzəsində Ümummilli Lider Heydər Əliyevin hakimiyyəti dönəmində respublikamızın sosial,iqtisadi, siyasi inkişafi göstəriciləri haqqında tədbir iştirakçılarına ətraflı
məlumat verdi.Heydər Əliyev siyasi irsinin öyrənilməsi və təbliği qrupunun idarə heyyətinin üzvüləri Əlizadə Nəcəfov,Tahir Kərimli, Şirxan Hüseynov, Eldəniz Qənbərov və gənc tələbələr çıxış edərək Ulu Öndərimiz Heydər Əliyevin Azərbaycan Dövlətinin müstəqilliyinin möhkəmləndirilməsi və inkişafında misilsiz xidmətlərindən ətraflı söz açdılar. Tədbirin sonunda RİHB-nın ictimai-siyasi və humanitar məsələlər üzrə müavini Naibə Mustafayeva çıxış edərək bildirmişdir ki, Ümummilli Lider Heydər Əliyev bizim dahi müasirimizdir .Onu da qeyd etmişdir ki, bu faktın özü hər bir azərbaycanlı üçün qürur və iftixar mənbəyidir.Bir sözlə O,özü öz əməllərilə öz heykəlini, Azərbaycan gəncliyinin , ümumilikdə Azərbaycan xalqının qəlbində qurmuşdur.
Allah Ulu Öndərə rəhmət eləsin!