Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayonunda " Şən Startlar" idman yarışı keçirılmişdir.

03 dekabr 2014 | 11:00

03 dekabr 2014 -cü il tarixində saat 16:00 –da  Ağcabədi şəhəri M.F.Axundov adına  3 saylı məktəb- liseydə Ağcabədi Rayon İcra Hakimiyyətinin dəstəyı ilə  " Şən Startlar" idman yarışı keçirilmişdır. Yarışda 11 şəhər məktəbinin  və  Ağcabədi Pedaqoji Kollecinin uşaqları müxtəlif estafetlərlə yarışmışdırlar.
    Yarışa Ağcabədi rayon Gənclər və İdman idarəsindən mütəxəssislər,Eldəniz Qəmbərov,Turabov Zaur,YAP Ağcabədi rayon təşkilatının baş təlimatçısı,”Tərəqqi” medalla təltif olunmuş I qrup Qarabağ müharibəsi əlili Ramil Nağıyev və GTM Qarabağ Regional ofisinin rəhbəri Radə Qafarova hakimlik  etmişdirlər.
     Sonda qiymətləndirmənin  nəticəsi olaraq şəhər 3 saylı  məktəb-liseyin komandası 1-ci yerə, şəhər 12 saylı tam orta məktəbin komandası II yerə, şəhər 8 saylı tam orta məktəbin komandası III yerə layiq görülərək Ağcabədi Rayon Təhsil şöbəsi tərəfindən Fəxri Fərman və qiymətli hədiyyələrlə təltif olunmuşdur.

Keçidlər