Şriftin ölçüsü :

Saytın rəngi :

Beynəlxalq Əlillər Günü Ağcabədi rayonunda qeyd olunmuşdur.

03 dekabr 2014 | 11:00

03 dekabr 2014-cü  il tarixdə saat 12:00 – da Ağcabədi şəhəri “ Kral” Şadlıq Sarayında  Beynəlxalq Əlillər Günü münasibəti ilə ümumrayon  tədbiri keçirilmişdir.
  Tədbirdə rayon Icra Hakimiyyətinin başçısı Şahin Məmmədov, rayonun bir sıra hökumət nümayəndələri və təhsil müəssisələrinin rəhbərləri iştirak edirdi.
   Tədbirdə çıxış edən rayon Icra Hakimiyyətinin başçısı Şahin Məmmədov bildirdi ki, bu gün dünyada Beynəlxalq Əlillər Günü kimi qeyd olunur. Məhz ilk dəfə Rusiya Federasiyasının təşəbbüsü ilə 3 dekabr 1992-ci ildə BMT-nin Baş Assambleyasında qəbul edilən bu tarix hər il BMT-yə üzv olan ölkələrdə əlilliyi olan insanların cəmiyyətdəki mövqelərinin daha da möhkəmlənməsinə yönəlmiş tədbirlərlə qeyd olunur. Eləcə də bizdə də bu tarix qeyd olunur, əlillərə diqqət və qayğı hər zaman vacib məsələlərdən biri sayılır. Məhdud imkanlı insanların siyasi, sosial və mədəni həyatın bütün aspektlərinə cəlb edilməsi, onların rifahının yüksəldilməsi,əlil insanlara qarşı daim diqqət və qayğı göstərmək sadəcə dövlətin deyil, bir vətəndaş kimi, bir insan kimi bizim də borcumuzdur. Əlillərlə bağlı müxtəlif layihələrin həyata keçirilməsinə dövlət maraqlı olduğu kimi, imkanlı şəxslər də əlillikdən əziyyət çəkən insanlar xüsusən də körpələr üçün öz xeyirxahlıqlarını əsirgəməməlidir. Unutmayaq, hər kəs potensial əlildir, heç birimiz bu cəhətdən sığortalanmamışıq.
   Natiq bir daha tədbir iştirakçılarının bayramını təbrik etdi və bildirdi ki, dövlətimiz hər zaman əlillərə qarşı diqqət və qayğısını əsirgəmir, onların problemlərini həll etmək üçün həyata keçirdikləri tədbirlərlə həm maddi, həm də mənəvi dəstəkləri ilə yardımcı olurlar.
Rayon rəhbəri Azərbaycanda, həmçinin rayonda əhalinin aztəminatlı hissəsi, o cümlədən sağlamlıq imkanları məhdud uşaqlar və əlilliyi olan insanlara yönəlmiş dövlət siyasətindən, görülən işlərdən və həyata keçirilən layihələrdən danışdı. Rayon rəhbərinin sözlərinə görə bütün bu uğurlu və  davamlı sosial siyasət ölkə başçısı möhtərəm İlham Əliyevin şəxsi diqqət və və qayğısı əsasında mümkün olmuşdur.
Azərbaycan Respublikası Əhalinin Sosial Müdafiə Mərkəzinin və Dövlət Sosial Müdafiə Fondunun Ağcabədi rayon şöbələri tərəfindən 160 əlilə maddi yardım edildi və bayram tədbiri Rayon Mədəniyyət evinin hazırladığı bayram konserti ilə davam etdirildi.
   Tədbirdə 200 nəfər iştirak etmişdir.

Keçidlər