Şriftin ölçüsü :

Saytın rəngi :

Beynəlxalq Əlillər Günü Ağcabədi rayonunda qeyd olunmuşdur.

03 dekabr 2014 | 11:00

Ağcabədi rayonunda Beynəlxalq Əlillər günü münasibəti ilə silsilə təbirlər keçirilmişdir.
   “3 dekabr  - Beynəlxalq  Əlillər Günü”  münasibətilə  Ağcabədi rayon İcra Hakimiyyəti və Gənclər üçün Təhsil Mərkəzinin Qarabağ Regional Ofisi Gənclər Mərkəzində sağlamlıq imkanları məhdud olan şəxslər üçün əyləncəli tədbir proqramı keçirmişdir.
   Tədbiri giriş sözü ilə açan Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov  ölkə rəhbərliyi tərəfindən sağlamlıq imkanları məhdud olan şəxslər üçün yaradılan şərait, onların reabilitasiyası istiqamətində görülən işlər, qəbul olunan dövlət proqramları haqqında məlumat vermişdir. 
   Daha sonra çıxış edən Gənclər üçün Təhsil Mərkəzinin icraçı direktoru Fəxrəddin Həsənzadə Beynəlxalq Əlillər Gününün yerli icra strukturları tərəfindən qeyd edilməsini, sağlamlıq problemi olan insanlara xüsusi diqqət və qayğı ilə yanaşılmasını yüksək qiymətləndirmişdir. Bildirmişdir ki, hər bir şəxs ölkə rəhbərliyinin apardığı uğurlu sosial siyasəti dəstəkləyir və ona arxalanır.
   Tədbir Ağcabədi, Bərdə və Beyləqan  rayonlarından olan  sağlamlıq imkanları məhdud şəxslərin  musiqi və tamaşa nömrələri ilə davam etmişdir.
     Sonda  iştirakçılara nahar fasiləsi və müxtəlif hədiyyələr təqdim olunmuşdur.

Keçidlər