Kənd Təsərrüfatı naziri Heydər Əsədov Ağcabədi rayonunda olmuşdur.
29 noyabr 2014- cü il tarixdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri cənab Heydər Əsədov Ağcabədi rayonunda fəaliyyət göstərən “BMS Aqro” MMC-nin keçi təsərrüfatında olmuşdur.
Fermaları gəzən nazir bu yaxınlarda İspaniya və Fransadan gətilmiş “Asaf” və “Şarole” cinslərindən olan qoyunlara baxış keçirmişdir. “BMS Aqro” MMC-nin təsisçiçi Mülhazi Balakişiyev məlumat verib ki, təsəttüfat hər biri 1300 başlıq fermalar, təkə, revir, çəpiş üçün binalardan, baş ofis, sağımxana və sağımxana ofsindən ibarətdir. Binalar müasir qaydalara uyğun olaraq nizamlanıb, heyvanların sağlığı və konfortla saxlanması üçün lazımi şərait yaradılmışdır. Təsərrüfat ən müasir ferma avadanlığı – avtomatik yönəltmə və yemləmə, paralel tipli sağım sistemi və xüsusi texnikalarla təchiz edilmiş, işçilərin çalışmaları və istirahəti üçün hər cür şərait yaradılmışdır. Hazırda təsərrüfata Hollandiyadan və Fransadan gətirilmiş 4287 baş Saanen və Alpin cinsli damazlıq keçilər vardır.
Bildirilib ki, bu yaxınlarda fermaya İspaniyadan 900 baş “Asnaf” cinsli və 11 baş “Şarole” cinsli qoyunlar gətirilib. “Ətlik-südlük istiqamətli “Asnaf” cinsli qoyunların laktaziya dövründə süd verimi 250-450 litrdir. Bu qoyunlar yerli qoyun cinsləri ilə müqayisədə 5-8 dəfə çox süd verirlər.Ətlik istiqamətli “Şarole” cinsli qoyunların 1 yaşında ət verimi 55-60 kiloqramdır. Bu qoyunlar gələcəkdə yaradılacaq ailə təsərrüfatlarına da veriləcəkdir. Bu yaxınlarda təsərrüfata daha 1169 cins qoyun gətiriləcəkdir.
Təsərrüfatın fəaliyyəti ilə yaxından maraqlanan Nazir Heydər Əsədov müvafiq tapşırıq və tövsiyələr vermişdir.
Nazir Heydər Əsədov jurnalistlərə müsahibəsində bildirib ki, son illər dünyada baş verən iqlim dəyişikliyi, ərzaq təhlükəsizliyinin ön plana çəkilməsi fonunda ölkəmizdə kənd təsərrüfatı sahəsinə diqqət artırılıb. Ölkə Prezidenti bu sahəni ən prioritet sahələrdən biri elan edərək, qarşıya ölkənin əksər kənd təsərrüfatı məhsullarına olan tələbatının daxili istehsal hesabına ödəmək vəzifəsini qoyub. Ölkəyə cins heyvanların alınıb gətirilməsi, kənd təsərrüfatının inkişafı üçün maddi-texniki bazanın möhkəmləndirilməsi ilə bağlı verilən fərmanlar da bu strategiyanın yerinə yetirilməsinə yönəldilib.