Gənc xilaskarlar sağlamlığın keşiyində
28 noyabr 2014- cü il tarixdə saat 15:00-da Ağcabədi şəhəri 3 saylı məktəb liseyində Ağcabədi Rayon İcra Hakimiyyəti,YAP Qadınlar Şurası, GTM Qarabağ Regional ofisi, Ağcabədi Rayon Mərkəzi Xəstəxanası,Rayon Polis Şöbəsi və FHN rayon şöbəsinin dəstəyi ilə “ Gənc xilaskarlar” adlı layihəsinin yekunu olaraq gənclər arasında ilk tibbi yardıma dair məlumatlılıq səviyyəsini, habelə layihənin effektini yoxlamaq məqsədilə “Səndə bir həyat xilas et!” adlı müsabiqə təşkil edilmişdir. Layihənin məqsədi yeniyetmə və gənclər arasında ilk tibbi yardımın mahiyyətini aşılamaq, hər hansı bir qəza və ya həyati təhlükə yaradan bir vəziyyətdə həkimlərin köməyi təmin edilənə qədər həyatın xilas olunması, istənilən vaxtda və məkanda baş verə biləcək bədbəxt hadisə və ya qəfil xəstələnmə vəziyyətlərində yardımın göstərilməsi, vəziyyətin daha da pisləşməsinin qarşısını almaq məqsədilə hadisə yerində tibbi vəsait axtarmadan ilk tibbi yardım qaydalarının öyrədilməsidir. Həyata keçirilən müsabiqə layihə çərçivəsində keçirilmiş “Sağlamlıq həftəsi”nin iştirakçıları olan Ağcabədi Müəllimlər İnstitutu və Ağcabədi Pedaqoji Kollecinin tələbələri arasında təşkil edilmişdir.
Müsabiqədə gənclər tərəfindən Epilepsiya,Qida zəhərlənmələri,Zədələr və Fövqəadə hallar zamanı baş verə biləcək hadisələr zamanı ilkin tibbi yardımın formaları nümayiş etdirilmişdir.
Yekunda I,II,III yerlər üzrə qaliblər təyin edilmiş,diplom və hədiyyələrlə təltif edilmişdir.
Vaxtında və düzgün göstərilmiş ilk tibbi yardım bir çoxlarının həyatını xilas edə bilər və bu hər kəsin insanlıq vəzifəsidir.