3 mart 2026-cı il tarixdə keçirilən qəbulda 22 vətəndaş iştirak edərək öz müraciətlərini təqdim ediblər.
Ağcabədi Rayon İcra Hakimiyyəti tərəfindən vətəndaş məmnunluğunun təmin edilməsi və qaldırılan məsələlərin operativ həlli məqsədilə növbəti qəbul günü təşkil olunub. 3 mart 2026-cı il tarixdə keçirilən qəbulda ümumilikdə 22 vətəndaş iştirak edərək öz müraciətlərini təqdim ediblər.
Qəbul zamanı 6 müraciət torpaq məsələləri, 5 müraciət maddi yardım və sosial dəstək, 5 müraciət məşğulluq və işlə təminat, 4 müraciət kommunal və infrastruktur, 2 müraciət mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı müraciətlər daxil olmuşdur.
Tədbirdə 22 vətəndaşın qaldırdığı məsələlər ətraflı dinlənilib. Müraciətlərin cavablandırılması istiqamətində görülən işlər çərçivəsində daxil olan 22 müraciətdən 20-si ilə bağlı vətəndaşlara müvafiq qanunvericilik aktlarının tələbləri ətraflı izah olunub və sənədlərin mənbəyi göstərilməklə hüquqi məsləhətlər verilib. 2 müraciət isə əlavə araşdırma tələb etdiyi üçün qeydiyyata alınaraq icraya yönləndirilib.
Rayon İcra Hakimiyyəti vətəndaşların müraciətlərinə baxılması prosesini şəffaf və operativ şəkildə həyata keçirməkdə davam edir. Qaldırılan hər bir məsələnin qanun çərçivəsində həlli üçün aidiyyəti struktur bölmələr tərəfindən zəruri tədbirlər görülür.






