3 Dekabr -Beynəlxalq Əlillər Günü”nə həsr olunmuş tədbir keçirildi
Ağcabədi rayonunda “3 Dekabr Beynəlxalq Əlillər Günü” nə həsr olunmuş ümumrayon tədbiri keçirildi.
“Qızıl saray” şadlıq evində keçirilən tədbirdə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, Vətən müharibəsi qaziləri, rayon ictimaiyyəti iştirak etdi .
Öncə foyedə Gənclər üçün Təhsil Mərkəzi Qarabağ regional ofisi nəzdində fəaliyyət göstərən “İnklüziv Təhsil və Uşaq İnkişaf Mərkəzi”nin xidmətlərindən bəhrələnən uşaqların əl işlərindən ibarət sərgiyə baxış keçirildi.
“Beynəlxalq Əlillər Gününə” həsr olunmuş tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edildi.
Tədbirin aparıcısı Pərvin Şakirqızı Beynəlxalq Əlillər Günü haqqında tədbir iştirakçılarına ətraflı məlumat verdi .
Tədbirdə çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov bu gün münasibəti ilə mərasimdə iştirak edən fiziki məhdudiyyətli qonaqları təbrik edərək bildirdi ki, hər bir ölkədə elə qrup insanlar var ki, onlara münasibət daha böyük diqqət, qayğı, və həssaslıq tələb edir. Bunlar daim sosial və mənəvi qayğıya ehtiyacı olan fiziki məhdudiyyətli insanladır. Bu həssas təbəqənin cəmiyyətin ayrılmaz hissəsi olduğunu qeyd edən icra başçısı onu da vurğuladı ki, qalib sərkərdəmiz cənab İlham Əliyev tərəfindən hər zaman xüsusi iş qabiliyyətini itirmiş insanlar, o cümlədən qazilərimiz diqqət və qayğı ilə əhatə olunurlar.
Respublikamızın bir sıra şəhərlərində iş qabiliyyətini itirmiş insanlar reabilitasiya və bərpa mərkəzlərində müalicələr alır, eyni zamanda əlil arabaları və minik avtomobilləri ilə təmin olunurlar.
İcra başçısı Rafil Hüseynov çıxısına əlavə olaraq onu da qeyd etdi ki, ölkəmizin idman şərəfini ləyaqətlə qoruyan, dünya səviyyəli idman yarışlarında bayrağımızı dalğalandıran, himnimizi səsləndirən fiziki məhdudiyyətli idmançılarımız heç də az deyil.
Sonra çıxış edən digər qonaqlar – Gülşən Məmmədova və lll dərəcəli Vətən müharibəsi əlili Özal Cəfərov öz ürək sözlərini tədbir iştirakçılarının nəzərinə çatdırdılar.
Daha sonra tədbir Ağcabədi Regional Mədəniyyət İdarəsinin kollektivi tərəfindən hazırlanmış maraqlı və rəngarəng konsert proqramı ilə davam etdi.
Sonda rayon rəhbərinin hədiyyələri fiziki məhdudiyyətli uşaqlara təqdim olundu.