Şriftin ölçüsü :

Saytın rəngi :

Türkiyə Respublikasının Azərbaycan Respublikasının Gəncə şəhərində baş konsulu Orxan İşık Ağcabədi rayonunda olmuşdur.

26 noyabr 2014 | 11:00

26 noyabr 2014- cü il tarixdə saat 12:00 -da Türkiyə Respublikasının Azərbaycan Respublikasının Gəncə şəhərində baş konsulu Orxan İşık və Türkiyəli iş adamı Rəcəp Zorluər Qarabağ bölgəsi ilə tanışlıq məqsədilə Ağcabədi, Bərdə, Tərtər rayonlarına səfəri çərçivəsində Ağcabədi rayonunda olmuşdurlar. Əvvəlcə konsul Orxan İşık və Türkiyəli iş adamı Rəcəp Zorluər Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədovla görüşmüşdürlər.
    Rayon rəhbəri qonaqlara rayon haqqında məlumat verərək bildirmişdir ki, düşmənin bir addımlığında yerləşən Ağcabədi günü-gündən böyüyür, gözəlləşir. Rayonda geniş tikinti-abadlıq işləri aparılır, yeni binalar, sosial obyektlər tikilir. İstirahət parkları, yaşıllıq zolaqları salınır, yollar çəkilir. Cəbhə bölgəsində yerləşən rayonumuza daim dövlət tərəfindən diqqət və qayğı göstərilir. Biz bir millət, iki dövlət, ayrılmaz qardaş ölkələrik.
   Sonra konsul hər iki dövləti bir-birinə bağlayan dostluq və qardaşlıq münasibətlərindən danışdı. Ağcabədi rayonunun Türkiyənin hansısa rayonu ilə dostluq münasibətlərinin yaradılması təklifini irəli sürmüşdür.
Görüşdən sonra  baş konsul Orxan İşık və Türkiyəli iş adamı Rəcəp Zorluər Ağcabədi-Zərdab yolu istiqamətində yerləşən və 2002- ci ildən faliyyət göstərməyən Dövlət Əmlak Komitəsinin balansinda olan “Reproduktor Quşçuluq “ASC-nin ərazisinə baxış keçirmişdlər .

Keçidlər