“İntellektual oyun” üzrə rayon müsabiqəsi keçirilimişdir.
20 Noyabr 2014-cü il tarixdə Ü.Hacıbəyli adına Qarabağ Muğam Mərkəzində Heydər Əliyev siyasi irsinin öyrənilməsi və təbliği qrupu, Gənclər və İdman idarəsi və YAP-sı rayon təşkilatının təşkilatçılığı ilə, YAP-sının yaradılmasının 22-ci ildönümünə həsr olunmuş “İntellektual oyun” üzrə rayon müsabiqəsi keçirilimişdir.
Rayon müsabiqəsində 14-29 yaşlı gənclər güclərini sınamış və gərgin, maraqlı keçən yarışda I yerə şəhər 8 saylı tam orta məktəbin komandası, II yerə AMİ-nin Ağcabədi filialının “Aran” komandası, III yerə isə AMİ-nin Ağcabədi filialının “Gənc istedadlar” komandası layiq görülmüşlər.Rayon müsabiqəsində AMİ-nin Ağcabədi filialının tarix-coğrafiya fakultəsinin IV kurs tələbəsi Əliyev Azər Zabil oğlu isə ən istedadlı,intellektual gənc adına layiq görülmüşdür.
Qalib komandalara YAP-sı rayon təşkilatı tərəfindən fəxri fərmanlar təqdim olunmuşdur.