“Uşaqların Hüquqlarının Müdafiəsi”nə həsr olunmuş tədbir keçirilmişdir.
14 Noyabr 2014-cü il tarixdə Ağcabədi Pedaqoji Kollecində rayon İcra Hakimiyyəti yanında yetkinlik yaşına çatmayanların İşləri və Hüquqların Müdafiəsi üzrə Komissiyanın, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Qarabağ bölgəsi üzrə şöbənin və “Heydər Əliyev siyasi irsinin öyrənilməsi və təbliği” qrupunun təşkilatçılığı ilə birlikdə “Uşaqların Hüquqlarının Müdafiəsi”nə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan Heydər Əliyev siyasi irsinin öyrənilməsi və təbliği qrupunun rəhbəri Eldəniz Qənbərov hər il olduğu kimi bu il də Müvəkkilin təşəbbüsü ilə ənənəvi olaraq 20 Oktyabr -20 Noyabr tarixlərində BMT-nin Uşaq Hüquqları Konversiyasının qəbul edilməsinin ildönümü ərəfəsində respublikamızda “Uşaq Hüquqları Aylığı” elan edilməsini tədbir iştirakçılarının bir daha diqqətinə çatdıraraq ümummilli liderimiz Heydər Əliyevin misilsiz xidmətlərindən,uşaqlara göstərilən diqqət və qayğıdan ətraflı söz açdı.
Tədbirdə rayon İcra Hakimiyyəti yanında yetkinlik yaşına çatmayanların İşləri və Hüquqların Müdafiəsi üzrə Komissiyanın məsul katibi Nicat Axundov məruzə ilə, Gənclər üçün Təhsil Mərkəzinin Qarabağ ofisinin rəhbəri Radə Qafarova, Dini Qurumlarla iş üzrə şöbə müdiri Əlizadə Nəcəfov və APK-nin direktor müavini Rövşən Bayramov isə məruzə ətrafında çıxış etdilər.