Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayonunda " Şən Startlar" idman yarışı keçirilmişdir.

20 noyabr 2014 | 11:00

20 noyabr 2014 -cü il tarixində Ağcabədi şəhər 3 saylı tam orta məktəbində  Ağcabədi Günərzi Qayğı Mərkəzinin təşəbbüsü və Rayon İcra Hakimiyyətinin dəstəyı ilə  " Şən Startlar" idman yarışı keçirilmişdir.
    Yarışda şəhər 3 və 8 saylı tam orta məktəbin və Günərzi Qayğı Mərkəzinin 8-12 yaş arası uşaqları müxtəlif estafetlərlə yarışmışdırlar.
   Yarışa Ağcabədi rayon Gənclər və İdman idarəsindən mütəxəssislər ,Turabov Zaur,Seyidəliyev Faiq,Nəcəfov Bayram hakimlik  etmişdirlər.Sonda qiymətləndirmənin  nəticəsi olaraq şəhər 3 saylı orta məktəbin komandası 1-ci yerə layiq görülərək hədiyyələrlə təltif olunmuşdur.
    Hər estafet arası Günərzi Qayğı Mərkəzinin  fidanları öz şerləri və rəqsləri ilə idmancıları ruhlandırmışdılar.

Keçidlər