Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə YAP-ın yaranmasının 22-ci ildönümü münasibətilə təntənəli tədbir keçirilmişdir.

21 noyabr 2014 | 11:00

Noyabr ayının 21-də Ağcabədidə  Yeni Azərbaycan Partiyasının yaranmasının 22-ci ildönümü ilə əlaqədar təntənəli tədbir keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə  Heydər Əliyev Meydanına  gələrək burada Ulu Öndərin əzəmətli heykəli qarşısına tər çiçəklər düzərək, onun əziz xatirəsini ehtiramla yad etdilər.
Gülqoyma mərasimindən əvvəl Ağcabədi rayon İcra Hakimiyyətinin Başçısı, YAP Siyasi Şurasının üzvü Şahin Məmmədov tədbir iştirakçılarını YAP-ın yaranmasının 22-ci ildönümü münasibətilə təbrik edərək, Partiyanın yaranmasında, təşəkkül tapmasında Ulu Öndər Heydər Əliyevin  xidmətləri barədə danışmış, həmçinin, YAP-ın ölkənin ictimai- siyasi həyatında , fəal rolu barədə damışmışdır.
Tədbir YAP Ağcabədi rayon təşkilatının inzibati binasında  davam etmişdir.
YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov təntənəli yığıncağı açıq elan edərək, rayon təşkilatı adından, Yeni Azərbaycan Partiyasının sədri, möhtərəm cənab İlham Əliyev  başda olmaqla  bütün  YAP üzvlərini və  tədbir iştirakçılarını təbrik etdi.
Azərbaycan Respublikasının Himni səsləndi.
Yeni Azərbaycan Partiyasının yaradıcısı Ümummilli Lider Heydər Əliyevin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi:
YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov məruzə edərək, qeyd etdi ki, bu günlər ölkəmizin hər yerində  630 mindən artıq YAP üzvünü öz ətrafında birləşdirən Yeni Azərbaycan Partiyası 22  illik yubileyini qeyd edir. Bu əlamətdar gün təkcə partiyada deyil, doğma xalqımız tərəfindən, Vətənini, dövlətini sevən, onun bu gününə, sabahına, xoşbəxt gələcəyinə inanan bütün vətəndaşlar tərəfindən yüksək bayram əhval-ruhiyyəsi ilə qarşılanır. O,  Partiyanın yaranmasının 22-cı ildönümü münasibəti ilə bütün YAP üzvlərini  11200 nəfər üzvü olan Ağcabədi  rayon təşkilatı adından səmimi qəlbdən təbrik etdi, onlara  siyasi və şəxsi həyatlarında uğurlar arzuladı. Natiq qeyd etdi ki, sizə məlum olduğu kimi 1988- 1993-cü illər Azərbaycanın tarixində ağır içtimai-siyasi çətinliklərlə fərqlənən dövrlər idi. Bu tarixi dövrdə vətənimizin və xalqımızın düçar olduğu çətinlikləri aradan qaldırmaq, xalqın mübarizlik əzimini yüksəldən, onu öz ardınca aparmağa qadir olan bir siyasi partiyanın yaranmasına ciddi ehtiyac yaranmışdı. Həmin partiyaya rəhbərlik edəcək şəxs xalq tərəfindən sevilən, cəsarət və gücünə inanılan, əməli ilə sözü bir olan, Vətənini böyük bir məhəbbətlə sevən, dərin zəkaya və proqmatik düşüncəyə malik bir insan olmalı idi. 91 nəfər tanınmış ziyalı bütün müsbət keyfiyyətləri özündə birləşdirən dahi siyasətçi Heydər Əliyevin simasında görərək, yeni partiyanın yaradılması ilə bağlı Ulu öndərə müraciət etdilər.
Beləliklə 1992-ci ilin noyabrın 21-də Naxçıvan şəhərində 550 nəfər nümyəndənin iştirakı ilə Yeni Azərbaycan Partiyasının Təsis Konfransı keçirildi və Yeni Azərbaycan Partiyasının təsis edilməsi haqqında qərar qəbul edildi.
Məruzə ətrafında YAP Qadınlar Şurasının üzvü  Radə Qafarova, Gənclər Birliyinin sədr müavini Nicat Axundov, Heydər Əliyev Mərkəzinin direktoru Fəridə Niftəliyeva, Salmanbəyli kənd ərazi ilk təşkilatının sədri Gülbikə Məmmədova çıxış edərək, YAP-ın  ölkənin ictimai-siyasi həyatında aparıcı siyasi bir qüvvə olduğunu diqqətə çatdıraraq  gördükləri işlər barədə məlumat verdilər.
YAP Ağcabədi rayon təşkilatının Partiyanın 22-ci ildönümü münasibətilə keçirilən müsabiqə və yarışların qaliblərinə- Şahmat üzrə sürətli oyun turnirinin oğlanlar arasında qalibi Şəhər 11 saylı tam orta bəktəbin şagirdi Ziya Quliyev, qızlar arasında qalib gəlmiş şəhər 3 saylı məktəb-liseyin şagirdi Nigar Babayeva , bədii qiraət müsabiqəsinin qalibi, Şəhər 5 saylı  tam orta məktəbin şagirdi Xasay Bayramlı, “YAP Heydər Əliyevin şah əsəridir”mövzusunda  keçirilən inşa  müsabiqəsinin qalibi “Şənlik” kənd tam orta məktəbin şagirdi Turanə Qurbanova, İntellektual oyun müsabiqəsinin qalibi olan Şəhər 8 saylı tam orta məktəbin  komandası və AMİ-nin Ağcabədi filialının tələbəsi Azər Əliyev, Atıcılıq  yarışının  oğlanlar arasında qalibi Şəhər 11 saylı tam orta məktəbin şagirdi Azər Mirzəyev, qızlar arasında qalibi Çimnaz Səfərova YAP Ağcabədi rayon təşkilatının Fəxri Fərmaları və hədiyyələrlə mükafatlandırıldılar.
Tədbirdə YAP sıralarına yeni daxil olmuş gənclərə təntənəli şəkildə YAP vəsiqələri təqdim edildi.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının yaranmasını, siyasi mübarizələrdə keçdiyi inkişaf yolunu, Partiyanın yaradıcısı Ulu Öndərin YAP-la bağlı fəaliyyətini əks etdirən film  nümayiş etdirildi.

Keçidlər