Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədidə YAP-ın 22-ci ildönümü ilə əlaqədar tədbirlər davam edir

20 noyabr 2014 | 11:00

Yeni Azərbaycan Partiyasının yaranmasının 22-ci ildönümü münasibətilə YAP Ağcabədi rayon təşkilatı tədbirlər planına müvafiq olaraq silsilə tədbirlərin keçirilməsini davam etdirir.
Noyabr  ayının əvvəllərindən başlayaraq YAP üzvlərinin, gənclərin və məktəblilərin Heydər Əliyev Mərkəzinə ekskursiyaları təşkil edilmiş,  cari ilin may ayında Ulu Öndər Heydər Əliyevin anadan olması münasibətilə qaldırılmış təşəbbüsə müvafiq olaraq Ərazi ilk partiya təşkilatları tərəfindən ağac əkini kompaniyalarına start verilmiş, rayon ərazisində yerləşən hərbi hissələrdə görüşlər, ərazi ilk təşkilatlarında müxtəlif səpkili tədbirlər  keçirilmişdir.
Noyabr ayının 18-də YAP-ın yaranmasının 22-ci illiyi ilə əlaqədar daha 2 tədbir keçirilmişdir.Ağcabədi rayon Gənclər Mərkəzində oğlan və qızlar arasında atıcılıq üzrə rayon birinciliyi keçirilmişdir. Qızlar arasında Ağcabədi şəhər 9 saylı tam orta məktəbin 11-ci sinif  sinif şagirdi  Çimnaz Səfərova, oğlanlar araaında isə şəhər 11 saylı tam orta məktəbin 9-cu sinif  sinif şagirdi Mamed Mirzəyev I yer tutaraq yarışın qalibi olmuşlar.
Digər yarış Ağcabədi şahmat məktəbində keçirilən şahmat üzrə məktəblilər arasında  blits turnirin açılış mərasimi olmuşdur. Yarış 2 gün davam edəcəkdir.
Noyabr ayının 19-da rayonun ümumtəhsil məktəbləri arasında “YAP Heydər Əliyevin şah əsəridir” mövzusunda inşa müsabiqəsi, 20 noyabrda isə  məktəblilər arasında “bədii qiraət”  müsabiqəsi və  intelektual oyunlar üzrə  komandalar arasında  rayon birinciliyinin keçirilməsi nəzərdə tutulmuşdur.
Keçirilən müsabiqə və yarışların qalibləri 21 noyabr 2014-cü il tarixdə YAP Ağcabədi rayon təşkilatının inzibati binasında keçirilən təntənəli yığıncaqda  Fəxri Fərman və hədiyələrlə mükafatlandırılacaqlar.

Keçidlər