Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayonunda “Azərbaycan-tolerantlığa nümunə ölkə” mövzusunda tədbir keçirilmişdir.

20 noyabr 2014 | 11:00

Ağcabədi şəhəri Ü.Hacıbəyli adına Qarabağ Muğam Mərkəzində” Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi noyabrın 18-də “Azərbaycan-tolerantlığa nümunə ölkə” mövzusunda tədbir keçirmişdir.
   Tədbirdə DQİDK sədrinin birinci müavini Səyyad Salahlı, Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının İctimai-siyasi və humanitar məsələlər üzrə müavini ,YAP Qadınlar şurasının sədri Naibə Mustafayeva,rayon ziyalıları və dini icmaların nümayəndələri iştirak etmişdilər.
    Tədbiri giriş sözü ilə açan Naibə Mustafayeva bildirib ki,ölkəmizin əsrlər boyu tolerantlıq sahəsində qazandığı uğurlar dünyaya nümunədir. O bildirib ki, dünyada sülhün, əmin-amanlığın təmini üçün bəşər övladı bir-birini anlamalı, müxtəlif dinlərə, mədəniyyətlərə məxsus cəmiyyətlər bir-birinə qarşılıqlı hörmət şəraitində yaşamalıdır.Natiq onu da qeyd edib ki,respublikamızda olduğu kimi,Qarabağ bölgəsinin Ağcabədi rayonunda da tolerantlıq məsələlərinə,başqa dinlərin və məzhəblərin nümayəndələrinə,onların mədəniyyətinə hörmətlə yanaşılır,Ağcabədi rayonunda dini durum sabit keçir və heç bir dini ədavət zəmnində münaqişələr baş vermir.
    Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Ağcabədi rayon üzrə nümayəndəsi,şəhər 8 saylı məktəbin direktoru Anar Qasımov məlumat verərək bildirdi ki,Fond — Müasir informasiya cəmiyyətinin və biliklərə əsaslanan iqtisadiyyatın tələblərini nəzərə alaraq, elmi-texniki, sosial-iqtisadi, humanitar biliklərin artırılması, azərbaycançılıq məfkurəsi zəminində milli-mənəvi, dini dəyərlərin təbliği, ekoloji təfəkkürün formalaşdırılması, Azərbaycan dövlətinin daxili və xarici siyasətinin, ölkədə aparılan sosial-iqtisadi, mədəni quruculuq proseslərinin mahiyyətinin ictimaiyyətə çatdırılmasını təmin edən xüsusi məqsədli dövlət qurumudur.
    Daha sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı dərin və məzmunlu çıxış edərək bildirdi ki, Azərbaycan Respublikası dünyəvi, hüquqi, demokratik dövlətdir. Ölkəmizdə bütün insanlar dinindən, dilindən, irqindən asılı olmayaraq qanun qarşısında bərabər hüquqludurlar. Hər bir vətəndaş mənsub olduğu dinin daşıyıcısı olaraq, onlara məxsus olan dini ibadət ocaqlarında- məsciddə, kilsədə, sinaqoqda azad şəkildə ibadətlərini həyata keçirirlər. Azərbaycanda mövcud olan qanunvericilik bazası və tarixən formalaşmış tolerantlıq mədəniyyəti bütün qeyri-müsəlmanların cəmiyyətdə bərabərhüquqlu şəxs kimi yaşamalarını təmin edir. Tolerantlıq Azərbaycan cəmiyyətində mənəvi və zəruri borc, eyni zamanda yüksək dəyərdir. Ulu Öndər Heydər Əliyev tolerantlıqla bağlı fikirlərini bu şəkildə ifadə edib: "Tolerantlıq geniş anlayışdır. O təkcə dini dözümlülüyü deyil, həm də bir-birinin adətlərinə, mənəviyyatına, mədəniyyətlərinə dözümlülük deməkdir".

Keçidlər