Şriftin ölçüsü :

Saytın rəngi :

Ağcabədi rayonunda " Dövlət Bayrağı günü" münasibətilə tədbir keçirilmişdir.

11 noyabr 2012 | 11:00

Ağcabədi rayonu Üzeyir Hacıbəyli prospektində yerləşən Bayraq meydanında " Dövlət Bayrağı günü" münasibətilə rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyasının Ağcabədi rayon təşkilatının və Heydər Əliyev Mərkəzinin birgə tədbiri keçirilmişdir.
Tədbirdə çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov çıxış edərək tədbir iştirakçılarını təbrik etmişdir. Şahin Məmmədov bildirmişdir ki, bu bayraq 1918-ci il 9 noyabr tarixində, Azərbaycan Demokratik Respublikasının (1918-1920) dövründə yaradılmış və Sovet Sosialist Resublikaları İttifaqının (SSRİ) dağılmasından sonra, 1991-ci ildə müstəqil Azərbaycan Respublikasının rəsmi atributu elan edilmişdir. Azərbaycan Respublikasının 1995-ci il 12 noyabrda qəbul edilmiş konstitusiyasına görə, Azərbaycanın dövlət bayrağı, gerbi və himni milli atributlar hesab edilir. Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 18 noyabr 2009-cu il tarixli fərmanından sonra, 9 noyabr tarixi “Milli bayraq günü” kimi qeyd olunur.
Bayraq meydanında sürətli şahmat turniri və rəsm müsabiqəsi keçrildi qaliblər mükafatlandırıldı.
Tədbirdə rayon ictimaiyyəti, gənclər, uşaqlar iştirak etmişdir. Ağcabədi rayon Mədəniyyət və Turizm şöbəsinin, Şəhər uşaq musiqi məktəbinin konsert proqramı ilə tədbir davam etmişdir.
Tədbirdə 155 nəfər iştirak etmişdir.
 

Keçidlər